Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Narkoloji Mərkəzdə müalicə olunan şəxs məhkəmədə ifadə verdi: “Çətinliklə çölə çıxdım“

Tarix 08.01.19, 18:39

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Strateq.az “Report”a istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Emil Çubanov ifadə verib.

O bildirib ki, yanğın baş verən zaman Mərkəzdə müalicə olunub: “Narkotik maddə istifadəsindən əziyyət çəkirdim. Təxminən, 4 gün olardı ki, Mərkəzə müalicə üçün getmişdim. Həmin gün palatada uzanmışdım. Bu zaman kimsə qışqıraraq yanğın olduğunu söylədi. Sonra çətinliklə çölə çıxdım”.

E.Çubanov ifadəsinin davamında hadisə vaxtı başqa şəxsləri gördüyünü dəqiq xatırlamadığını söyləyib.

O, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını vurğulayıb.

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.



Xəbərin oxunma sayı : 85




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap