“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Narkoman ər arvadını məzara, həmyerlisini xəstəxanaya göndərdi – Salyandakı dəhşətli qətlin təfərrüatı

Tarix 02.11.19, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Salyan rayonunda qətl hadisəsi baş verib.

Hadisə dünən Ağa Mirbağırağa küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan rayon sakini, 37 yaşlı Nahid Hüseynov ailə münaqişəsi zəminində həyat yoldaşı, 36 yaşlı İlahə Hüseynovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

İlkin məlumata görə, bir aydan çoxdur ki, Hüseynovlar ailəsində ailədaxili münaqişə yaşanıb. Nəhayət, bu gün N.Hüseynov həyat yoldaşı İ.Hüseynova ilə yenidən mübahisə edib. O, üzərində gəzdirdiyi bıçaqla arvadına çoxsaylı zərbələr endirərək qətlə yetirib.

Bundan sonra rayonun Yunis Zərgərli küçəsində qarşısına çıxan, rayon sakini 39 yaşlı Zaur Sadıqovun bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbəsi endirib və özünə xəsarət yetirərək bıçaqla qolunu kəsib.

Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertizasına göndərilib. Yaralı Z.Sadıqov və N.Hüseynov isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hər ikisinə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Artıq N.Hüseynov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Qeyd edək ki, qətlə yetirilən İ.Hüseynova üç azyaşlı uşaq anası olub. N.Hüseynovun narkotik asılılığından əziyyət çəkdiyi bildirilir.



Xəbərin oxunma sayı : 820




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap