Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Natiq Cəfərli:“Bölgədə müharibə başlasa neft 100 dolları keçəcək”

Tarix 14.05.18, 18:38

Font ölçüsü : - / +
bitmap-img6


“Bank of America Merrill Lynch” investisiya bankı gələn il dünya bazarında xam neftin 1 barelinin qiyməti 100 ABŞ dollarına çata biləcəyini bəyan edib.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan–a deyib ki, son günlər neft qiymətlərinin gələcəyi ilə bağlı bir-birinə əks proqnozlar verilir: “Hazırda neft bazarında qeyri-sabitlik var. Məsələn nüfuzlu “Fitch” agentliyi İrana sansksiyaların tətbiq olunmasına baxmayaraq, dünya bazarında neftin qiymətinin düşəcəyini proqnozlaşdırır. Son illərdə ilk dəfə olaraq neft bazarında çox ciddi qeyri-müəyyənlik yaranıb. OPEK və Rusiya anlaşması bazarda müəyyən balans yaratmışdı.  “Bank of America Merrill Lynch”-in proqnozu sırf İran sanksiyaları ilə bağlıdır. Belə bir ehtimal da var ki, İran neft bazarından tamamilə sıxışdırılıb çıxarılacaq. Düşünürəm ki, neft qiymətlərinin indiki maksimal hədləri bir müddət davam edəcək. Əgər bölgədə böyük müharibə olsa, burada Səudiyyə Ərəbistanı və İran iştirak etsə neftin qiyməti 100 dolları da keçəcək. Qiymətlər əsasən siyasi risklərdən asılı olacaq”.

ABŞ prezidenti Donald Tramp İranla “altılıq” dövlətlərinin 2015-ci ildə, əvvəlki prezident Barak Obama dövründə bağlanan nüvə sazişi müqaviləsindən Vaşinqtonun çıxdığını bəyan edib. Yaranmış situasiyada isə neftin qiyməti daha da bahalaşır.



Xəbərin oxunma sayı : 238




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap