Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Natiq Cəfərli İlqar Məmmədovun yazdığı statusdan danışdı: “Əgər bu status öncə yazılıb, sonra silinibsə…”

Tarix 03.01.19, 21:35

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, REAL Partiyasının sədri İlqar Məmmədov bir neçə gün öncə sosial şəbəkədə ciddi etiraz yaradıb. Buna səbəb onun yazdığı status olub.

Musavat.com xəbər verir ki, İ.Məmmədov statusunda xalqı təhqir edib. Statusu təqdim edirik: “Şimali Koreyada insan haqları problemi bilirsiz nədən ibarətdir? Orada siyasi məhbus problemi bizdəki formada yoxdur. Doğrudan da ağlı başında olan adam artıq onilliklərdir ki, müxalifətçilik etməz, başını aşağı salıb, bir parça çörəyini yeyər. Şimali Koreyada problem başqadır: polis küçədə qəşəng qadın görəndə aparır, özü ilə əylənməyə… Cürətin var, etiraz elə! Azərbaycan kütləvi qorxu atmosferi baxımından daha da sürətlə koreyalaşır deyə cinsi ehtiyacları yüksək olan gənc oğlanlara indidən polisə yazılmağı tövsiyə edərdim, gözəl qadınlara isə ölkəni tezliklə tərk etməyi… Ya da gəlin qarşıdan gələn seçkidə YAP-ı darmadağın edək, şimali-koreyalaşmayaq”.

Sözügedən status screen edilərək, bir çox siyasi aktiv, gənc fəal tərəfindən yayılıb. Bir çox sosial şəbəkə istifadəçiləri bu statusun İ.Məmmədov tərəfindən yazıldığına inanmadıqlarını yazıblar. Çünki partiya sədri statusu yazandan bir müddət sonra onu silib. Amma silinənə qədər çox adam onu screen edərək, yayıb.

İddialarda o da var ki, əgər kimlərsə İ.Məmmədovun adından saxta profil yaradıb, belə bir status yazsaydı, sonuncu dərhal bunu ifşa edər, geniş açıqlama yayardı. Amma partiya sədrinin susqunluğu bu statusu gerçəkdən yazmış olması, daha sonradan isə bunu yanlış hesab edərək, silməsi ilə bağlı versiyanı gücləndirir.

Real Partiyası İdarə Heyətinin üzvü Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirdi ki, əgər bu günə qədər İ.Məmmədov tərəfindən heç bir dəqiqləşdirmə və açıqlama verilməyibsə, partiya adından nəsə demək düzgün deyil: “Əgər bu status öncə yazılıb, sonra silinibsə, demək ki, bunun o qədər də uğurlu fikir olmadığını anlayıb. Partiyanın mövqe bildirməyini də düzgün hesab etmirəm. İlqar Məmmədov lazım bilsə, özü açıqlama verə bilərdi. Şəxsi profilidir, orda nəsə yazıbsa, izahatını da özü verməlidir”.

Müsahibimiz dedi ki, bu məsələ partiyanın İdarə Heyətində müzakirə olunmayıb.




Xəbərin oxunma sayı : 421




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap