Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

NATO-nun baş katibi:“Rusiya ilə “soyuq müharibə” istəmirik”

Tarix 17.02.18, 2:16

Font ölçüsü : - / +
bitmap-img6


“NATO soyuq müharibə və silahlanma yarışı istəmir və Rusiya ilə dialoq tərəfdarıdır”.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq deyib.

“Biz soyuq müharibə istəmirik, silah yarışmasının qarşısını almağa çalışırıq, həmçinin gərginliyi azaltmaq və Rusiya ilə münasibətləri daha konstruktiv şəkildə qurmaq üçün bu ölkə ilə dialoqun inkişafı üzərində işləməyə davam edirik”, – deyə baş katib Münhen Təhlükəsizlik Konfransının kuluarlarında vurğulayıb.

Stoltenberqin sözlərinə görə, alyans son illər “Rusiyanın NATO üzvlərinə qarşı güc işlətməyə hazır olduğunu” müşahidə edir. “Bununla yanaşı, biz Rusiya tərəfdən heç bir qarşısıalınmaz təhlükə görmürük. Onun Ukraynaya qarşı güc tətbiq etdiyinin şahidi olduq və biz yeni soyuq müharibəyə imkan yaratmamaq üçün proporsional cavab verdik. Hazırda Rusiya ilə dialoq üzərində işləyirik”, – deyə o qeyd edib.



Xəbərin oxunma sayı : 124




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap