Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

NATO-Türkiyə münasibətləri qırılmayacaq

Tarix 24.11.16, 16:10

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə və Qərb arasında “sular nədən durulmur” sualının cavabı NATO baş katibi Yens Stoltenberq deyib ki, Türkiyə hökumətinin bu qurumun ümumi müdafiə konsepsiyası olan 5-ci maddəni və ümumilikdə qurumun birliyini zəiflədəcək hansısa addımı atacağına inanmır. Türkiyənin “Hürriyet” qəzetinə müsahibə verən NATO baş katibi deyib ki, rəsmi Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasına prinsip olaraq etiraz etməsələr də, alyans ölkələrinin vahid müdafiə sistemi olduğu üçün koordinasiya təmin olunması şərtdir. 

Bununla da faktiki olaraq NATO-nun bu sistemlərin alınmasına isti baxmadığı üzə çıxıb. Son zamanlar Türkiyə və AB arasında yaranmış gərginliklə bağlı suallara cavab olaraq NATO baş katibi bildirib ki, alyans Türkiyə və Avropa Birliyi arasında danışıqlar prosesinə qarışmaq istəmir. 

Qeyd edək ki, NATO-nun 5-ci maddəsi alyansın kollektiv müdafiə hüququndan bəhs edir. Bu maddəyə əsasən NATO-ya üzv ölkələrdən hər hansı birinə hücum olaraq, BMT-nin də 51-ci maddəsinə əsaslanaraq kollektiv müdafiə taktikası həyata keçirə bilərlər. NATO baş katibinin Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı bu maddəni xatırlatması diqqət çəkib. Mütəxəssislərə görə, NATO baş katibi bununla Türkiyənin müttəfiq dəstəyini itirəcəyinə işarə edir. Eyni zamanda açıq şəkildə, diplomatik dildə NATO-nun bu mövzulara soyuq yanaşdığını qeyd edib.  

Məsələ ondadır ki, Türkiyə hakimiyyətinin NATO və Qərb ölkələrindən istədiyi dəstəyi ala bilməməsi müşahidə olunur. Xüsusən də son illərdə Yaxın Şərqdə baş verən proseslərdə bu, açıq şəkildə müşahidə olundu. Görünən odur ki, Türkiyə Yaxın Şərq, o cümlədən Suriya və İraqda baş verən proseslərdə NATO və ABŞ-la ortaq strategiyanı həyata keçirmir. Mövqelərdə ciddi fərqlər var. Xüsusən də kürd məsələsində, o cümlədən silahlı qruplarla iş mövzusunda fərqli yanaşma daha aydın görünməyə başladı. 

15 iyul qiyamından sonra isə Türkiyə Qərb müttəfiqlərinə ümid bağlamadığını açıq şəkildə bəyan etdi. Ancaq bütün bu soyuq münasibətlər və Türkiyənin Alyansa alternativ axtarışlarının ciddi bir qərara səbəb olacağını gözləmək doğru olmazdı. Məsələ ondadır ki, Türkiyə artıq 60 ildən çoxdur NATO üzvüdür, təşkilatın Şərqdə əsas gücü, ikinci sayca ən böyük ordusudur. 

Şimali Atlantika Alyansının Yaxın Şərqə “qapısı” məhz Türkiyədir. Bu, uzun illər ərzində formalaşmış, çox dərinə işləmiş müttəfiqlik əlaqələrini bir gündə pozmaq, bu əlaqələri qırmaq və alternativ gücə stavka etmək faktiki olaraq mümkün deyil. Üstəlik, Türkiyənin yerləşdiyi coğrafi məkan, etnik və siyasi problemlər, davam edən terror və münaqişələr onun indiki vaxtda mövqe dəyişməsinə, NATO-dan imtina edib başqa bir bloka qoşulmasına imkan vermir. 

Görünür, bunu NATO rəhbərliyi də bilir. Ancaq Ankaranın bu şəkildə təzyiq cəhdləri də səbəbsiz deyil. Türkiyə NATO-nun üzvü olaraq daha çox hərbi və siyasi dəstək almaq istəyir. Daha dəqiqi, Yaxın Şərqə siyasətində NATO-nun güc mərkəzi kimi onun hesablaşılmasını istəyir. 

Ancaq bu istək o qədər də qarşılıq tapmır. Çünki ABŞ və digər iri NATO ölkələrinin Yaxın Şərqdə özəl maraqları var, üstəlik, Türkiyənin güc mərkəzi kimi çıxış edib Yaxın Şərqdə siyasi qərarlara təsir edəcək gücə çevrilməsində maraqlı deyillər. NATO-nun Türkiyə üçün nəzərdə tutduğu rol isə tamam başqadır. NATO Türkiyəni Yaxın Şərqdəki “qalası” olaraq görür, nəinki güclü, hərbi-siyasi proseslərə təsir edən böyük güc. Bu səbəbdən də Türkiyənin son illərdə apardığı müstəqil siyasət, iddialı strategiya NATO və Qərbdə dəstək görmür. Ankara isə buna qarşı NATO və Qərbə bu şəkildə təzyiq etməyə çalışır. (musavat.com)

Kənan



Xəbərin oxunma sayı : 142




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap