Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

NATO ölkələri Trampın təklifinə qarşı çıxdı

Tarix 15.07.18, 0:36

Font ölçüsü : - / +
bitmap-img6


NATO ölkələrinin hərbi xərcləri ÜDM-in 4 faizinədək artırması dünyanı daha təhlükəsiz etməyəcək

Azvision.az xəbər verir ki, Almaniya xarici işlər naziri Hayko Maas belə deyib.

“Biz bilirik ki, sülh və təhlükəsizlik havayı əldə olunmur. Amma ÜDM-in 4 faizini müdafiəyə ayırmaq bizim dünyamızı daha təhlükəsiz etməyəcək”, - deyə Maas tvitter səhifəsində yazıb. Onu da əlavə edib ki, hərbi xərcləri artırmaq tədbirləri əvəzinə, beynəlxalq nizam və qaydalara riayət olunmasına cəhd edilməsi daha yaxşı olardı.

Qeyd edək ki, bundan əvvəl Maas ABŞ prezidenti Donald Trampın NATO sammitindəki mövqeyi ilə alyans ölkələrinin təhlükəsizliyini təhdid altına qoyduğunu deyib. Belə ki, Tramp NATO ölkələrini nəinki ÜDM-lərinin 2 faizini alyansın büdcəsinə ödəmələrini tələb edib, hətta onları müdafiə xərclərini ÜDM-in 4 faizinə qaldırmağa çağırıb. Lakin bir çox Avropa ölkələri, xüsusən də Almaniya, Fransa və İtaliya buna qarşı çıxıblar.

Xatırladaq ki, NATO-nun 2017-ci ildəki müdafiə xərcləri 900 milyard dollar olub. Bu, dünya üzrə hərbi xərclərin 52 faizini təşkil edir. Eyni ildə Rusiyanın hərbi xərcləri isə 66,3 milyard dollar olub. NATO-nun yalnız 5 üzv ölkəsi – ABŞ, Yunanıstan, Böyük Britaniya, Estoniya və Polşa ÜDM-in 2 faizini alyansın büdcəsinə ayırır.



Xəbərin oxunma sayı : 274




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap