Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

NATO Norveçdə təlim keçirir: “Təbii ki, Rusiyaya görə”

Tarix 20.10.18, 20:27

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verildiyi kimi, bu ilin oktyabrın 25-dən noyabrın 23-nə kimi Norveçdə NATO-nun soyuq müharibəsnin bitməsindən bu yana ən böyük hərbi təlimləri keçiriləcək.

Almaniyanın “Handelsblatt” qəzetinin yazdığına görə, “Trident Juncture” adı verilən təlimlərdə 50 mindən çox hərbçinin iştirak etməsi gözlənilir. Sentyabr ayından başlayaraq 180 təyyarə və 60 gəmi vasitəsilə 30 ölkədən hərbi texnika və şəxsi heyətin gətirilməsinə başlanılıb. Təlimlərdə NATO-ya daxil olmayan İsveç və Finlandiyanın iştirak etməsi gözlənilir.

Qəzetin siyasi icmalçısı Eva Fişer bu təlimləri Rusiyaya verilən siqnal kimi izah edir. “Rusiya Krımı işğal etdiyindən bu yana alyansa daxil olan Polşa, Latviya, Litva və Estoniya kimi ölkələr öz üzərlərində təcavüzkar qonşusundan gələ biləcək təhlükəni hiss edirlər. Bu dövlətlər son dövrlərdə silahlanmağa davam edir və müttəfiqlərindən Rusiyanı qorxutmağı tələb edirlər”.

Yazıda “Trident Juncture”ın Rusiyanın sentyabrdakı təlimlərinə cavab olduğu qeyd edilir. Bilindiyi kimi, Rusiya həmin vaxt 300 minlik şəxsi heyət, min təyyarə və 36 min hərbi texnikanı cəlb edə bilmişdi.

Rəsmi versiyaya görə təlimlərin Rusiya ilə heç bir əlaqəsi yoxdur. “NATO təlimləri sırf müdafiə xarakteri daşıyır”,- baş katib Yens Stoltenberq bəyan edib. Baş katib hətta rusyalı müşahidəçiləri də çağırdıqlarını bildirib.

“Lakin qapalı qapılar arxasında elə belə də deyirlər: Əlbəttə ki Rusiyaya görədir.

Yəqin ki, NATO Qvatemalaya edilən hücumla əlaqədar, ruslar isə Burkina-Fasondan gələcək hücumun qarşısını almaq üçün təlim keçirir”, - müəllif ironik tərzdə qeyd edib.

“Rusiya ordusu kimi NATO ölkələri də məşq keçməlidirlər. Bu bir ritualdır: bir yanda təlimlərin kimləsə bağlantılı olmağını deyirsən, digər tərəfdən başqa tərəfin eyni hərəkətlərindən narahatlılığını ifadə edirsən”, - Avropa sosial demokratlarını Avropa Parlamentinin xarici siyasət üzrə komissiyasında təmsil edən Knut Flekenştayn müəllifə bildirib.

Bu məsələdə Bəyük Britaniya daha səmimi görünür. Britaniyanın müdafiə naziri Mark Lankaster “Bloomberg”ə verdiyi açıqlamada Arktika və Uzaq Şimalın indi əvvəlki dövrlədən daha çox hərbiləşdirildiyini, NATO və Böyük Britaniyanın çətin şərtlərdə məşq keçməsinin faydalı olacağını söyləyib. “Bu təhdidlərin yüksəldiyi bir məqamda istəniən təcavüzü durdurmaq qabiliyyətimizi üzə çıxaracaq”, - Mark Lankaster deyib.

Bundan başqa, ABŞ-ın 2 mindən çox dəniz piyadasının İslandiya sahillərinə yerləşdirildiyi məlum olub.

Musavat.com



Xəbərin oxunma sayı : 232




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap