Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

NATO PA-nın komitə iclasında Qarabağ münaqişəsindən danışıldı

Tarix 28.05.17, 17:40

Font ölçüsü : - / +
bitmap-img6


NATO Parlament Assambleyasının (PA) Tbilisidə keçirilən yaz sessiyası mayın 28-də işini komitə iclaslarında davam etdirib.

Təhlükəsizliyin mülki ölçüləri komitəsinin iclasında işğal olunmuş ərazilərdə Gürcüstanın strategiyası müzakirə olunub.

Gürcüstanın Barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Çixelaşvili, Gürcüstanda Avropa İttifaqının monitorinq missiyasının rəhbəri səfir Kestutis Jankauskas çıxış edərək Gürcüstan ərazisindəki münaqişələrin səbəb və nəticələri barədə məlumat verib, vəziyyətdən çıxış yolları barədə fikirlərini bölüşüblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Gürcüstanın üzləşdiyi problemlərlə yaxından tanış olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Z.Əsgərov Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox insanın doğma yurd-yuvalarından didərgin düşdüyünü bir daha diqqətə çatdırıb.

Məsələyə münasibət bildirən nazir K.Çixelaşvili Gürcüstanın bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.

İclasda Abxaziya və Cənubi Osetiyada silahlı birləşmələrin formalaşdırılması, Ermənistanın silahlandırılması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.(AzərTAc)









Xəbərin oxunma sayı : 118




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap