“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

NATO və ABŞ üçün real təhlükə 2020-ci ildə aktivləşəcək – Gizli kəşfiyyat məlumatları yayıldı

Tarix 08.12.19, 22:12

Font ölçüsü : - / +
bitmap-img6


Danimarka mətbuatında Rusiyanın Şimal qütbündə hərbi mövcudluğunu gücləndirmək üçün döyüş bazası yaratmağa başladığı iddia edilir.

Rusiyanın Şimal qütbündəki aktiv hərəkətliliyini izləyən Danimarka kəşfiyyatının iddialarına görə, sözügedən bazada xeyli sayda qırıcı təyyarələr var.

Kəşfiyyat məlumatlarına görə, Rusiya bu hava bazası üçün 2017-ci ildən işlərə başlayıb. 2020-ci ildə bazanın aktiv şəkildə fəaliyyət göstərəcəyi təxmin edilir.

Danimarka kəşfiyyatına görə, Frans Josef Torpağında yaradılan hərbi hava bazası, Rusiyanın Arktikada daha da güclənməsinə imkan verəcək və dünyanın ən şimal nöqtəsinə çevriləcək. Peyk görüntülərinə görə, hazırda hava bazasında uçuş-enmə zolağının 2500 metrdən 3500 metrədək uzadılması üçün işlər davam etdirilir. Ayrıca, yeni bir hava bazası tətbiq edildikdən sonra Rusiya Arktika bölgələrində hücum potensialını əhəmiyyətli dərəcədə artıracaq ki, bu da Qrinlandiyanı əldə etməyə imkan verəcək.

Danimarka basınından flaş iddia: Rusya Kuzey Kutbu`na üs kurdu

Təhlilçilərin analizinə görə, bu bazadan Rusiya təyyarələri də qısa müddət ərzində Şimal-şərqi Qrinlandiyaya çata və hətta uzaqmənzilli raketlərin köməyi ilə hücum edə bilər.

Danimarka mətbuatı kəşfiyyat məlumatlarını yayaraq Rusiyanın bu hərəkətinin NATO, Skandinaviya ölkələri və ABŞ üçün böyük təhlükə yaratdığını bildirib.

Musavat.com








Xəbərin oxunma sayı : 220




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap