Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Navalnı daha güclü “noviçok”la zəhərlənib – Alman kəşfiyyatı

Tarix 12.09.20, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyanın “Der Spiegel” jurnalı ölkənin xarici kəşfiyyat xidmətinin rəhbərinə istinadən xəbər verir ki, Aleksey Navalnını zəhərləmək üçün istifadə olunan noviçok maddəsi əvvəlki formalardan daha güclü olub.

“Der Spiegel” jurnalının məlumatına görə, Almaniyanın xarici kəşfiyyat xidmətinin rəhbəri Bruno Kahlın zəhərin potensial təsiri ilə bağlı gizli görüşün keçirildiyini desə də, əlavə məlumat verməyib.

“Spiegel” əlavə edir ki, keçən həftə sonu Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (OPCW) nümayəndə heyəti Navalnını müalicə aldığı Berlin xəstəxanasında ziyarət edib.

Almaniyanın xarici kəşfiyyat idarəsi “Reuter” xəbər agentliyinə əlavə şərh verməyi rədd edib. "Federal Kəşfiyyat Xidməti yalnız federal hökumətə və gizli şəkildə görüşən Almaniya Bundestaqının məsul komitələrinə hər hansı bir tapıntıya münasibət bildirəcək" - kəşfiyyat idarəsi bildirib.

Prezident Vladimir Putinin ən məşhur tənqidçisi olan Navalnı keçən ay Sibirə səyahət edərkən şiddətli şəkildə xəstələndikdən sonra təyyarə ilə Almaniyaya aparılıb.

Almaniya həkimləri onun Rusiyaya məxsus sinir maddəsi olan “noviçok”la zəhərləndiyini deyirlər. Moskva isə onun zəhərləndiyinə dair heç bir sübutun tapılmadığını deyir. “Der Spiegel” cümə axşamı xəbər verib ki, Navalnının vəziyyəti tam yaxşılaşmasa da irəliləməyə davam edir və o danışmaq qabiliyyətini bərpa edə bilib.



Xəbərin oxunma sayı : 769




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap