Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Navalnının Rusiyanı silkələyən aksiyası Qərb mediasında: “Putinə qarşı etirazların nadir göstəricisi...”

Tarix 27.03.17, 17:38

Font ölçüsü : - / +
bitmap-img6


Qərb mediası Rusiyada bazar günkü etiraz aksiyalarını geniş işıqlandırır. Antikorrupsiya etirazlarında yüzlərlə adam saxlanıb. Nümayişlərin təşkilatçısı, müxalifət lideri Aleksey Navalnı də onların içindədir.

«The New York Times» yazır ki, bu yürüşlər son 5 ildə prezident Vladimir Putinə qarşı ən böyük etiraz idi. Rusiyanın 99 şəhərində fəallar küçələrə çıxıb. Məqalədə aksiyaların Belarusdakı kimi sərt yatırdılmamasına diqqət çəkilir, amma yenə də, polisin davranışının ABŞ prezidenti Donald Trampın Putinlə yola getmək vədini çətinləşdirdiyi vurğulanır.

Respublikaçı senator Ben Sasse bazar günü bəyanat yayıb: «Putinin bandokratiyası tam çılpaqlığı ilə ortadadır. Birləşmiş Ştatlar Rusiyada dinc etirazçılara hücumlara göz yuma bilməz. Hamımız ifadə azadlığı tərəfdarıyıq və amerikalıların liderlərindən gözləntisi odur ki, ifadə, mətbuat, toplaşma və etiraz kimi təməl insan haqlarını tapdalayan banditləri tənqid etsinlər».

Daha sonra Dövlət Departamentinin sözçüsü Mark Toner Rusiyada yüzlərlə etirazçının saxlanmasını pisləyib. Qəzet yazır ki, bazar günü aksiyası korrupsiya əleyhinə olsa da, Putinə qarşı ictimai etirazın nadir göstərisi idi. Son belə geniş etirazlar 2011-2012-i illərdə, seçki saxtakarlığına qarşı keçirilmişdi.

Gələn il Putinin üçüncü dəfə prezidentliyə namizədliyini verəcəyi gözlənir. Ona meydan oxuyacaq elə bir güclü müxalif qüvvə yoxdur. Bircə Korrupsiyayla Mübarizə Fondunun rəhbəri Aleksei Navalnıdan başqa. Məhkəmə onun barəsində 5 illik şərti cəza hökmü çıxarıb ki, bu da Navalnının seçkidə iştirakını mümkünsüz edir. Amma o, seçkiyə qatılmaq niyyətini açıqlayıb. «The New York Times» vurğulayır ki, hətta prezidentliyə namizədliyini versə belə, Navalnının qələbə şansı azdır. Amma adının seçki bülletenində olması 2000-ci ildən bəri sərt idarə edilən seçki düzənini bitirmiş olar.

«The Washington Post» qəzeti diqqəti Rusiyada dövlət televiziyasının məsələyə susqun yanaşmasına çəkir. Aksiyalar sosial mediada, ən çox da Twitter-də geniş işıqlandırılıb. «Interfax» xəbər agentliyi Sibirdə və Uzaq Şərdə yürüşlər barədə informasiya yayıb, 20-dən çox etirazçının saxlandığını bildirib. Agentlik polisə istinadla yazıb ki, Moskvada 7 minədək etirazçı toplaşıb. Amma qəzet Tver küçəsindəki kütlənin bundan qat-qat çox olduğunu vurğulayır.

Navalnının  küçələrə çıxmaq çağırışına hay vermiş 36 yaşlı veb-dizayner Dmitri Çarişnikov «The New York Times»a deyib ki, etirazlar Rusiyada heç nəyi dəyişən deyil, çünki rusiyalıların çoxu televiziyada gördüklərinə inanır və Putini güclü dəstəkləyirlər. Amma o, sözlərinə əlavə edir ki, yenə də fərqli bir Rusiyanın varlığını göstərmək istəyib.

Navalnı bu ay baş nazir Dmitri Medvedevin  sərvətiylə bağlı hesabat yayıb. Parlament onun, hökumət rəsmilərinin yol verdiyi korrupsiyanıaraşdırmaqla bağlı tələblərini qulaq ardına vurandan sonra kütləvi etirazlara çağırıb. (“Azadlıq” radiosu)



Xəbərin oxunma sayı : 142




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap