Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Naxçıvan icbari tibbi sığortanın tətbiqinə hazırlaşır –Vasif Talıbov fərman imzaladı

Tarix 19.03.19, 0:25

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin Sədri Vasif Talıbov martın 18-də Naxçıvanda icbari tibbi sığortanın tətbiqi üçün tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən Muxtar Respublikada da icbari tibbi sığorta Azərbaycanın digər ərazilərində olduğu kimi, 2020-ci ildən başlayır.
Bununla  əlaqədar olaraq Naxçıvan MR Nazirlər Kabinetinin nümayəndəsinin sədrliyi ilə muxtar respublikanın Maliyyə və Səhiyyə, Nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin,eləcə də digər qurumların nümaynədələrindən ibarət komissiya yaradılacaq. Komissiya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə lazımi dəstək verməli, onların müraciəti əsasında zəruri maliyyələşməni, normativ hüquqi aktların qəbulunu, habelə 2019-cu il ərzində malların (işlər və ya xidmətlərin) satın alınmasını təmin etməlidir.

Öz növbəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Naxçıvanın Səhiyyə Nazirliyi ilə birlikdə icbari tibbi sığortaya daxil olan tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Ali Məclisinə təqdim etməlidir.
2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Naxçıvan MR-ın bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işləri başa çatmalıdır.



Xəbərin oxunma sayı : 445




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap