“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Naxçıvanda Daxili Qoşunların xüsusi təyinatlıları taktiki-xüsusi təlim keçirib - VİDEO

Tarix 12.01.22, 18:41

Font ölçüsü : - / +
bitmap-img6


Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat Xidmətindən "Report"a bildirilib ki, taktiki-xüsusi təlimin ssenarisinə əsasən silahların, döyüş sursatlarının və partlayıcı maddələrin qaçaqmalçılığı, narkotik vasitələrin emalı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi məqsədilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlılarından ibarət qruplar antiterror əməliyyatına başlayıb.

Şərti adı “Köhnə fabrik” olan yaşayış məntəqəsində silahlı cinayətkarlarla mübarizədə müxtəlif silah nümunələrinin tətbiqi ilə yaxın məsafəli döyüş elementləri icra edilib və xüsusi təlim keçmiş xidməti itlərin köməyi ilə silahlar və narkotik vasitələr aşkar edilərək zərərsizləşdirilib.

Təlim zamanı qaçaqmalçılıqla məşğul olan terrorçulardan məhv edilənlərlə yanaşı, əsir götürülənlər də olub.

Əməliyyat rayonundan qaçmağa cəhd edən terror qruplaşmasının rəhbəri xüsusi təyinatlılarımız tərəfindən pusquya salınıb və sağ olaraq ələ keçirilib.

Türkiyə Silahlı Qüvvələri mənsublarının da izlədikləri təlimin uğurla başa çatması münasibətilə keçirilən mükafatlandırma mərasimində Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyev çıxış edərək, şəxsi heyətin cinayətkar terrorçularla mübarizə vərdişlərinin daim təkmilləşdirildiyini və təlimlər zamanı tapşırıqların yüksək peşəkarlıqla icra edildiyini diqqətə çatdırıblar.

Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.







Xəbərin oxunma sayı : 433




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap