Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nazarbayevin üçüncü kürəkəni də postunu itirdi

Tarix 17.01.22, 11:14

Font ölçüsü : - / +
bitmap-img6


Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayev “Atameken” Milli Sahibkarlar Palatasının rəhbəri vəzifəsindən istefa verib.

Kulibayevin müvafiq müraciəti bazar ertəsi, yanvarın 17-də palatanın saytında dərc edilib.

“Mən bu gündən etibarən “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin seçilmiş sədri vəzifəsindən istefa vermək qərarına gəldim”, - deyə Kulibayev bildirib.

O, göstərilən etimada görə qurultay nümayəndələrinə və rəyasət heyətinin üzvlərinə təşəkkür edib, həmçinin bildirib ki, Milli Sahibkarlar Palatasının ali nəzarət orqanına səkkiz il rəhbərlik etmək onun üçün böyük şərəf və məsuliyyət olub.

Timur Kulibayev Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ortancıl qızı Dinara ilə evlidir.

Bundan əvvəl Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin iki kürəkəninin vəzifəsindən getdiyi məlum olmuşdu. Belə ki, keçmiş dövlət başçısının böyük qızı Dariqanın ikinci əri Kayrat Şaripbayev səhmdarı olduğu “QazaqGaz” Milli Şirkətindən, kiçik qızı Aliyənin əri Dimaş Dosanov isə “KazTransOil” dövlət şirkətinin baş direktoru postundan uzaqlaşdırılmışdı. (Tengrinews)



Xəbərin oxunma sayı : 415




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap