Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nazir İşçi Qrupu yaratdı, yeni sədr təyin etdi –Vətəndaşların qaz və işıq problemləri araşdırılacaq

Tarix 19.04.19, 11:15

Font ölçüsü : - / +
bitmap-img6


Vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli ilə bağlı Energetika Nazirliyində “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

Nazirlikdən verilən məlumata görə, Energetika naziri Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu istiqamətdə ümumi fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirib.

Nazirin müvafiq əmri ilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.

Həmçinin vətəndaş şikayətlərinin təmin edilməsi ilə yanaşı, müvafiq müraciətlər üzrə təhlillərin və yerlərdə araşdırmaların aparılması, kompleks yanaşma əsasında problemi şərtləndirən amillərin aşkarlanması və tədbir görülməsi ilə bağlı tapşırıqlar verilib.




Xəbərin oxunma sayı : 445




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap