Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nazir Şahin Mustafayev:“Son 20 ildə Azərbaycana 116 milyard dollar xarici investisiya qoyulub”

Tarix 18.11.17, 3:09

Font ölçüsü : - / +
bitmap-img6


“İndiyədək 194 sahibkarlıq subyektinə 213 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1,8 milyard manat investisiya yatırılacağı, 13 mindən çox yeni iş yerinin açılacağı gözlənilir”.

Strateq.az bildirir ki, bu sözləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev YAP-ın saytına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, eyni zamanda, bu investisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıq və qurğuların güzəştli şərtlərlə idxalı üçün 165 sahibkarlıq subyektinə 1037 təsdiqedici sənəd təqdim edilib. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 44 milyon ABŞ dollarından çoxdur.

Ş. Mustafayevin sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin əlaqələndirilməsi, müvafiq sahənin inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədilə Meyvə və Tərəvəz, Arıçılar, Fındıq, Nar, Xurma, Tütün, Şərab, Tekstil İstehsalçıları və İxracatçıları, Tikinti Materialları, Mebel və Qablaşdırma Sənayesi, Sahibkar Qadınlar assosiasiyaları, İxracatçılar Klubu yaradılıb.

Nazir vurğulayıb ki, bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 48 saziş imzalanıb: “Ümumilikdə, 1995-2016-cı illərdə ölkə iqtisadiyyatına 233,4 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun da 116,4 mlrd. ABŞ dolları xarici investisiyalardır”.

Ş.Mustafayev qeyd edib ki, ölkəmiz Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmdə investisiya yatırıb.



Xəbərin oxunma sayı : 106




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap