Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nazir İnam Kərimov:“Bu Fərman ərzaq məhsullarının satın alınmasını təmin edəcək”

Tarix 17.12.18, 19:31

Font ölçüsü : - / +
bitmap-img6


“Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması Cənab Prezidentin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir və fermerlərin rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir”.

AzFakt.com bildirir ki, bu açıqlamanı jurnalistlərə kənd təsərrüfatı naziri İnam Kərimov verib.

Nazir bildirib ki, Fərman ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmağı, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının sistemliliyini təmin edəcəkdir: “Cənab Prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün fəaliyyətimizdə dörd əsas prinsipə əsaslanacağıq:

a) aşağı qiymət və dövlət vəsaitinə qənaət etmək;
b) keyfiyyətli məhsul istehsalı və təhlükəsiz qida ilə təminat;
c) ədalətli rəqabət və yerli məhsul istehsalına dəstək;
d) çevik və şəffaf idarəetmənin təşkili.
Məqsədlərimizə nail olmaq üçün aqrar tədarük və təchizat sahəsində müasir texnologiyalarından istifadə edəcəyik. Eyni zamanda yaradılmaqda olan elektron kənd təsərrüfatı informasiya sisteminin imkanlarından yararlanacağıq”

 



Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap