Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nazir Loğman Mehdiyevi direktorluqdan çıxardıb, direktor müavini təyin etdi - Muxtar Babayevdən “əcaib“ təyinat

Tarix 21.05.19, 11:38

Font ölçüsü : - / +
bitmap-img6


Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi baş verib.

Nazirlikdən AzFakt.com-a daxil olan məlumata görə, nazir Muxtar Babayev Ağ Göl Milli Parkının direktoru Loğman Mehdiyevi işdən çıxarıb, amma vəzifəsiz qoymayıb. Belə ki, nazir onu indiyədək direktoru olduğu qoruğa direktor müavini təyin edib. Hazırda Ağ Göl Milli Parkında direktor postu boş olduğu üçün bu vəzifəni müvəqqəti olaraq Loğman Mehdiyev icra edir. 

Bəs bu yerdəyişmənin səbəbi nədir? Direktorun vəzifəsindən azad edilərək, direktor müavini təyin edilməsi hansı məqsədi daşıyır? Muxtar Babayevin bu "əcaib" təyinatı sözün həqiqi mənasında heç cür başa düşüləsi deyil.

Qeyd edək ki, ötən həftə Ağ Milli Parkında ETSN-nin Audit və digər şöbələrinin birgə yoxlama apardığı və qoruqda xeyli sayda nöqsanların üzə çıxarılması barədə məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, Ağgöl Milli Parkında aparılan yoxlamanın yekun hesabatı Muxtar Babayevə təqdim edildikdən sonra Loğman Mehdiyevin direktor vəzifəsində qalması sual altına düşəcək. 

Muxtar Babayevin Loğman Mehdiyevlə bağlı "əcaib" qərarından belə başa düşmək olar ki, aparılan yoxlamar zamanı üzə çıxarılan nöqsanlar ETSN rəhbərliyinə təqdim edilib və nazirdə öz növbəsində gözə kül üfürərək direktoru "cəzalandırmaq" qərarına gəlib.



Xəbərin oxunma sayı : 8311




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap