Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Nazir Səlim Müslümov:“Bu ilin 10 ayı ərzində 538 fiziki qüsurlu uşaq doğulub”

Tarix 11.12.17, 18:15

Font ölçüsü : - / +
bitmap-img6


"Bu ilin 10 ayı ərzində sağlamlıq imkanları məhdud uşaq statusu verilmiş şəxslərin 15%-ini fiziki qüsurla doğulan uşaqlar təşkil edib".

Bunu əmək və əhalini  sosial müdafiəsi naziri Səlim Müslümov bildirib: "Bu ilin 10 ayı ərzində sağlamlıq imkanları məhdud uşaq statusu verilmiş uşaqların sayına baxdım və təəssüflər olsun ki, onların içində fiziki qüsurla doğulan uşaqların xüsusi çəkisi böyükdür. Söhbət təqribən 15%-dən gedir. Bu dövr ərzində 538 fiziki qüsurlu uşaq doğulub. Bu, onunla əlaqədardır ki, qohumluq əlaqələri ilə evlənmələrin sayı hələ də çoxdur. Bundan başqa, erkən yaşda nikaha girən qızların sayı çoxdur, erkən yaşda dünyaya uşaq gətirmə hallarının sayının çoxluğunu da qeyd etməliyəm", – deyə nazir vurğulayıb.

 Onun sözlərinə görə, dövlət bu kimi hallara qarşı tədbirlər görür və görməyə davam edəcək: "Bu əsasən özünü 1 yaşına qədər olan uşaqlar arasında ölüm hallarının kəskin olaraq azalmasında göstərir. Bu da əlilliyi olan uşaqların sayının azalacağına bizim ümidlərimizi artırır".



Xəbərin oxunma sayı : 103




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap