Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Nazir və müavini 10 milyonluq maxinasiyada ittiham edilir - “Aqro Kon” və “Biss Ko” MMC yeyintisi…

Tarix 16.05.19, 15:42

Font ölçüsü : - / +
bitmap-img6


“Aqro Kon” və “Biss Ko” MMC yeyintisi…

Özünüməşğulluq  proqramı  2018-ci  ildə  “İşsizlik  Sığortası  Haqqında” Qanuna  əsasən  ölkədə  işləyən  əhalinin   əmək  haqqından  yığılan 1%-i yəni  89 000 000 (səksən doqquz milyon) vəsaitin 35 700 000 (otuz beş milyon yeddi yüz min) manatı  7000 (yeddi min) ailə  üçün  nəzərdə  tutulub. 

Azeuronews.com-a verilən xəbərdə iddia olunur ki, nazir  Sahil  Babayevin  göstərişi əsasında müavini  Vüsal  Nəsirlinin  yaxın  qohumu  Fariz  adlı  şəxsin  iştirakı  ilə  böyük  maxinasiyaya yol verilib. Belə ki, Fariz  adlı  şəxsə qeyri-rəsmi  məxsus  olan, 2018-ci  ilin  avqust  ayında  “Aqro Kon” və “Biss Ko” MMC-ləri  yaradılaraq  Dövlət  Məşğulluq  Xidməti  ilə  aralarında  əsassız  və  qanunlara  zidd  olan  satınalma  müqaviləsi  bağlayaraq  yuxarıda  göstərilən  pul  vəsaitini  həmin  MMC-lərə  köçürülüb. 

“Dövlət  Satınalmaları  haqqında”  Azərbaycan  Respublikası  Qanunun  17-ci  maddəsi  tələblərinə  zidd  olaraq  2018-ci  ildə  proqram  iştirakçılarının  aktivlərlə  təmin  olunması  üçün  nəzərdə  tutulmuş  vəsait  hesabına  malların  satın  alması  açıq  tender  üsulu  ilə  keçirilməli  olduğu  halda  ayrı-ayrı  müqavilələrə   bölünərək  35700000 (otuz beş milyon yeddi yüz min) manat  xərc  əsassız olaraq  aparılıb. 

Bu proses açıq  tender üsulu ilə  aparılmalı idi. Ona  görə də  dövlətə  ayrılan  vəsaitdən  18% əlavə  dəyər  vergisi  dövlət  büdcəsinə  qaytarılmalı  idi.  Yəni  35700000 X 18%:100 = 6426000 manat  vəsait  dövlət  büdcəsinə  qaytarılmalı  idi. 

Və eyni  zamanda  2018-ci  ildə  Prezidentin  Ehtiyat  Fondundan  şəhid  ailələri  və  Qarabağ  əlilləri  üçün  evlərin  alınması  məqsədilə  nazirliyə  ayrılmış  20000000 (iyirmi milyon) manat  vəsaitdə  açıq  tender  üsulu  ilə  keçirilmədiyinə  görə 20000000 X 18%:100 = 3600000 manat da büdcəyə  qaytarılmayıb.  

Bir  sözlə  Sahil  Babayev  2018-ci  ildə  Dövlət Büdcəsinə  10026000 ( on milyon iyirmi altı min) manat ziyan vurub. 

Bu  korrupsiya  halına  göz  yuman  Maliyyə  Naziri, Vergilər  Naziri  və  respublikada  satınalmaları  həyata  keçirən  İqtisadiyyat  Nazirliyi  yanında  Antiinhisar  Siyasəti  və  İstehlakçıların  Hüquqlarının  Müdafiəsi  Dövlət  Xidmətinin  rəisi  Zahid  İsayev nə  işlə  məşğul  olurlar? 

Vergilər  naziri  Mikayıl  Cabbarov  belə  korrupsiya  hallarına  göz  yumaraq  respublikada  aztəminatlı  ailələr  hesab  olunan  dərzilər  və  bərbərlərdən  ayda  5-10  manat  vergi  yığmaqla  məşğul  olur. 

   Göstərilən  vəsait  dövlətdən  gizlədilsə də  7 (yeddi)  min  nəfərə  deyil, 5 (beş)  min  nəfərə  aktivlər  verilib. Özü də  necə  verilən  aktivlərə  baxılsa,  görürsən ki, ayrılan  pulların 60%-i  mənimsənilib. 

Belə ki,  aktiv  almış  vətəndaşlara  verilən  müqavilələrdə  və  aktlarda  aktivlərin  qiymətləri  göstərilməmişdir. Vətəndaşlara  verilən  iri  və  xırda  buynuzlu  mal-qaralar  əsasən  çıxdaş  heyvanlar  olsa da,  qiymətləri  daha  yüksəkdir. Dövlət  Məşğulluq  Xidmətində  Sektor  müdiri  vəzifəsində  işləyən, əslində  Xidməti  idarə  edən,  2011-2014-cü  illərdə  Sumqayıt  Şəhər  Məşğulluq  İdarəsini  korrupsiya  yuvasına  çevirən  Cavadov  Mövlud  Əli  oğlu  rayon  Məşğulluq  idarələrinə  göndərdiyi  aktivlərin  balansa  daxil  edilməsi  barədə  aktı  Sizlərə  təqdim  edirik. 

Akt  formasında  göstərilən  yanıbalalı  inəklərin  əvəzinə  boğaz  inək, yanıbalalı  qoyun  əvəzinə  subay  qoyun  və  qoç  əvəzinə  altı aylıq  quzular  verilmişdir. 

Aktivlər  iki  il  müddətinə  verildiyinə  görə  həmin  erkək  quzular  ancaq  bu  müddətə  törədici  qoç  ola  bilərlər. Verilmiş  subay  qoyunlar  bu  müddətdə  4  dəfə  bala  verməlidirlər? 

Görəsən  onda  nazir  Sahil  Babayev  bilirmi ki,  törədici  qoçun  vəzifəsini  nə  yerinə  yetirəcəkdir? Vətəndaşların  imkanları  zəif  olduğu  üçün onlara verilmiş yararsız  və  çıxdaş  olunmuş  mal-qaranı  saxlaya  bilmirlər  və  nəticədə  heyvanlar  ölür  və ya  dəyər-dəyməzinə  satılır. 

Əgər  rayon  Məşğulluq  idarələrinin  rəisləri  və  işçiləri tərəfindən  aktivlərin  göstərilən  qiymətləri  vətəndaşlara  bildirilsə,  onları  dərhal  işdən azad  olunmaları gözləyir.


 








Xəbərin oxunma sayı : 556




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap