Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Nazir vəkili döyən polisləri cəzalandırdı! – Rəis müavini işdən qovuldu

Tarix 08.06.19, 14:15

Font ölçüsü : - / +
bitmap-img6


Müvəkkilinin hüquqlarının müdafiəsi üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedən vəkil Orxan Kəngərlinin orda döyülməsi faktı ilə bağlı aparılmış araşdırmalar sona çatıb.

AzFakt.com-un məlumatına görə, Daxili İşlər naziri Ramil Usubov bu işdə günahı olan polis əməkdaşlarını cəzalandırıb. Bu barədə vəkil Anar Qasımlı sosial şəbəkədə məlumat verib.

Vəkil yazır: “Binəqədi RPİ-nin 4-cü Polis şöbəsindən maraqlı məlumatlar gəlir: Deyirlər ki, Azərbaycan Respublikası Daxili İşlər nazirinin 07 iyun 2019-cu il tarixli əmri ilə, Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov DİO-dan xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilmişdir”.

orxan

Qeyd edək ki, VK Rəyasət Heyətinin sədri Anar Bağırov da vəkilin döyülməsinə sərt reaksiya vermişdi: “İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm! Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək!”

Qeyd edək ki, Orxan Kəngərlinin döyülməsi ilə bağlı məsələni ilk dəfə tanınmış vəkil Adəm Məmmədov ictimailəşdirmişdi.





Xəbərin oxunma sayı : 157




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap