Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nazir vergi ödəyicilərinin hamısına “bir gözlə baxılmayacağını” açıqladı

Tarix 28.02.17, 21:20

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda vergi ödəyicilərinə yanaşma diferensiallaşdırılacaq. Burada əsas yanaşma kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaqdır.

Bu barədə vergilər naziri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) saytında yerləşdirilmiş məqaləsində deyilir.

Nazir məqaləsində göstərir ki, Vergilər Nazirliyi buna qədər də daim canlı və dinamik qurum kimi fəaliyyət göstərib, öz inzibati resurslarını və sistemdaxili strukturunu iqtisadiyyatın dəyişən tələblərinə uyğun qurub, zərurət yarandıqca vergi inzibatçılığında və idarəetmə sistemində islahatlar aparıb. Bununla belə, milli vergi administrasiyasındakı son dəyişikliklər istər mahiyyət, istərsə də əhatə baxımından daha genişdir.

Məqalədə deyilir ki, vergi sisteminə yeni baxış bucağı, ilk növbədə, iki mühüm prinsip üzərində qurulur. Bunlardan birincisi və ən önəmlisi "fərdi yanaşma" prinsipidir. İndiyədək vergi xidmətində işin əsas ağırlığı böyük dövriyyəsi olan vergi ödəyiciləri ilə aparılan işlərə yönəldilirdi və dövriyyələrindən asılı olmayaraq bütün vergi ödəyicilərinə (iri, orta və kiçik) eyni inzibati mexanizmlər tətbiq edilirdi.



Fazil Məmmədov yazır: “Yeni dönəmdə vergi administrasiyasının ilkin vəzifəsi bu yanaşmanı dəyişmək, hər kateqoriya vergi ödəyicisinə ona uyğun yanaşmalar formalaşdırmaqdır. Bu məqsədlə beynəlxalq təcrübədə geniş istifadə olunan "dövriyyə intervalları" prinsipini vergi inzibatçılığının bütün sahələrində tətbiq etməklə, vergi ödəyicilərinə münasibətdə yanaşmanı diferensiallaşdırmaq, daha səmərəli, çevik və şəffaf inzibatçılıq formalaşdırmaq nəzərdə tutulur. Burada əsas yanaşma kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaq, hər bir sahibkarlıq qrupuna fərdi yanaşmanı, eləcə də fiskal və inzibatçılıq yükünün düzgün bölüşdürülməsini təmin etməkdir. İkinci mühüm prinsip isə sahibkarlıq subyektləri ilə "partnyorluq münasibətlərinin qurulması və dərinləşdirilməsi" prinsipidir.”

Nazir bildirir ki, Vergilər Nazirliyi sahibkarlıq subyektləri ilə partnyorluq münasibətlərinin qurulmasına artıq bir neçə ildir başlasa da, yeni yanaşmada bu münasibətlərin konkret əsaslara keçilməsi və dərinləşdirilməsi, vergi ödəyicilərinin öhdəliklərinin dəqiqləşdirilməsi, onlara müasir və innovativ xidmətlərin göstərilməsi əsas götürülüb. Bu məqsədlə yenə də beynəlxalq təcrübədən faydalanaraq intizamlı vergi ödəyiciləri üçün "yaşıl dəhliz" prinsipi əsasında innovativ yeniliklərə söykənən fərdi və sürətli ünvanlı xidmətlər sisteminin tətbiqi qərara alınıb. (APA)




Xəbərin oxunma sayı : 85




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap