“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Nazir Vilayət Eyvazov oliqarx-polkovniki işdən qovdu! – Dövlət Yol Polisində şok dəyişiklik

Tarix 13.08.19, 18:14

Font ölçüsü : - / +
bitmap-img6


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsində daha bir kadr islahatına imza atıb.

AzFakt.com “Avtosfer.az” saytına istinadla xəbər verir ki, nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, məşur polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələ ki, təyinat olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, Müşfiq Rəhimovdan əvvəl onun rəisi, polkovnik Mübariz Şahbazov da işdən çıxarılıb. Mübariz Şahbazov Qİİ-nin rəisi olmaqla yanaşı, həm də Baş DYP İdarəsinin rəis müavini idi. Onun yerinə Texniki Şöbənin rəisi, polkovnik-leytenant İlham Rəcəbov təyin edilib.

Xatırladaq ki, Müşfiq Rəhimov uzun illərdir sözügedən vəzifəni tuturdu və bu illər ərzində sözün əsl mənasında oliqarxa çevrilmişdi. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi yol polisində ən korrupsiyalaşmış idarələrdən biridir. M.Rəhimovun adı bahalı nömrə alverində, qeydiyyat zamanı dövlət rüsunundan artıq pul tələb olunmasında və sairə hallanırdı. İllərdir mətbuatın hədəfində olmasına baxmayaraq, qüdrətli himayədarları M.Rəhimovu bu vəzifədə saxlamağa və onun vasitəsilə hər il on milyonlarla manat qazanc əldə etməyə nail olurdular.

Bu baxımdan, nazir Vilayət Eyvazovun M.Rəhimovu vəzifəsindən uzaqlaşdırması, DYP sistemində kadr islahatlarına başlaması təqdirəlayiq addımdır. 






Xəbərin oxunma sayı : 604




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap