“Belə davam etsə, acından öləcəyik” – Müğənni Günay “30 yaşım var, bundan sonra məni kim alacaq?“ - VİDEO Şəhidimizin xanımından qələbə kompozisiyası: “Yenilməzsən, Azərbaycan!“ -VİDEO Evə dönməyə hazırlaşan əsgərlərimizin rəqsi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 Yanvar 2021

    “Belə davam etsə, acından öləcəyik” – Müğənni Günay

  • / Maqazin / — 07 Yanvar 2021

    “30 yaşım var, bundan sonra məni kim alacaq?“ - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2020

    Şəhidimizin xanımından qələbə kompozisiyası: “Yenilməzsən, Azərbaycan!“ -VİDEO

  • / Maqazin / — 27 Noyabr 2020

    Evə dönməyə hazırlaşan əsgərlərimizin rəqsi - VİDEO

  • / Maqazin / — 22 Noyabr 2020

    Ağdamda “Yallı” rəqsi ifa edən əsgərlərimiz - VİDEO

  • / Maqazin / — 19 Noyabr 2020

    Sosial şəbəkədə ən çox görüntüsü paylaşılan şəhid xanəndə - VİDEO

Nazirdən uğursuz təyinat: Sumqayıt Regional Mədəniyyət İdarəsi niyə “donub“?

Tarix 13.01.21, 10:49

Font ölçüsü : - / +
bitmap-img6


Mədəniyyət naziri Anar Kərimovun nazirliyin strukturunda apardığı kadr islahatları davam edir. Nazirin əmri ilə artıq bir neçə Regional Mədəniyyət İdarələrinin rəisləri işlərindən azad ediliblər. Ancaq nazirin apardığı islahat bəzi regional idarələrdə "köhnə hava"ya alışmış məmurları əməllərindən çəkindirmir. 
 
AzFakt.com xəbər verir ki, "köhnə hava"nın hələ də qaldığı Regional idarələrdən biri də Sumqayıt Regional Mədəniyyət İdarəsidir. Ötən ilin oktyabr ayında İdarəyə rəis təyin edilən Rəşad Əliyev hələ də İdarədə rəhbərliyi tam olaraq əlinə qala bilməyib. 
 
Sayta məlumat verən mənbə qeyd edir ki, burada əsl "iki hakimiyyətlilik" yaranıb: "Bildiyiniz kimi Sumqayıt Regional Mədəniyyət İdarəsi nəhəng struktura malikdir. İdarənin tabeliyində iki şəhər və dörd rayonun mədəniyyət müəssisələri fəaliyyət göstərir. Sumqayıt, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon və şəhərlərinin mədəniyyət müəssisələrində çalışan işçilərin sayı yüzlərlədir. Burada kimin işə nə zaman gəldiyi, kimin işdən nə zaman getdiyinə nəzarət etmək fiziki olaraq mümkün deyil. Eyni zamanda bu müəssisəlrədə çalışan işçilərin böyük əksəriyyətinin adları formal olaraq gedir. İdarədə elə işlər, elə maxinasiyalar gedir ki, yeni idarə rəisi Rəşad Əliyev gərək 3-4 il çalışa ki, bunlardan baş çıxara bilər". 

Açıklama yok.
 
Məlumatda deyilir ki, real situasiyanı dərk edən, nazirin etimadını itirmək istəməyən İdarə rəisi Rəşad Əliyev idarənin rəis müavini, əslində isə keçmiş rəis Mehman Şükürovun zamanında idarəni faktiki idarə edən İlham Əhmədovdan asılı vəziyyət düşüb.
 
"Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci ildə Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazir müavininə hər ay rüşvət verən idarə rəislərinin arasında Sumqayıt Regional Mədəniyyət İdarəsinin keçmiş rəsisi Mehman Şükürovun da adı var. Siyahıda onun hər ay nazir müavininə 10 min manat verdiyi yazılırdı. Bu hadisədən sonra Mehman Şükürovun ən azı vəzifədən çıxarılacağı hamıya gün kimi aydın idi. Vəziyyətin mürəkkəbliyini anlayan Mehman Şükürov öz yerinə müavini, onun idarədəki sirlərini bilən İlham Əhmədovu təyin etdirmək istəyirdi. İlham Əhmədovun İdarəyə rəis təyin ediləcəyi artıq bir çox əməkdaşlarda da şübhə doğurmurdu. Çünki İlham Əhmədovun həm müəyyən yuxarı vəzifəli şəxslərlə əlaqələri, həm də böyük təcrübəsi var idi. Faktiki altı şəhər və rayonu əhatə edən qurumu İlham Əhmədov idarə edirdi. Amma gözlənilən təyinat olmadı. Əksinə heç kimin gözləmədiyi, Regional İdarədə çalışmayan, bu strukturu bilməyən şəxs İdarərə rəis təyin edildi. Ona görə də İdarədə işlər getmir. Rəşad Əliyev demək olar ki, İlham Əhmədovun qeyri-rəsmi tabeliyinə düşüb".

Açıklama yok.

Məlumatda vurğulanır ki, İdarədə demək olar ki, heç bir irəliləyiş yoxdur. 
 
"Rəşad Əliyevin təyinatı müharibə dövrünə və sonradan da ölkədə koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejiminə düşdüyünə görə hələ ki, onun fəaliyyətsizliyi görünmür. İdarənin bu aylar ərzində gördüyü işlərə nəzər yetirəndə də bunu aydın sezmək olur. Görünən budur ki, Anar Kərimovun bu təyinatı özünü doğrultmayacaq".



Xəbərin oxunma sayı : 667

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda