“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Nazirlik bu şirkətə 6,5 milyonluq 2 tender verdi - MMC-ni Kəmaləddin Heydərovla nə bağlayır?

Tarix 21.02.24, 18:45

Font ölçüsü : - / +
bitmap-img6


Ədliyyə Nazirliyi "Bestcomp Group" MMC ilə maliyyə dəyəri 6 573 995,33 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 2 227 370,31 AZN olan birinci müqvailə Ədliyyə Nazirliyinin struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satın alınması ilə bağlıdır. 

4 346 625,02 manatlıq ikinci müqavilədə isə "Elektron məhkəmə" informasiya sisteminin fəaliyyətini təmin edən və birinci instansiya məhkəmələrinin istismarında olan texniki-texoloji infrastrukturunun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reystr məlumatlarına görə, "Bestcomp Group" QSC 22 iyun 1998-c ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 962 330 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, 8 noyabr küçəsi, ev 25E-ə yerləşən şirkətin qanuni təmsilçisi Həsənov Fərid Rafiq oğludur.

Fərid Həsənov haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 

"Bestcomp Group" MMC-yə gəlincə, mediada fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesi haqqında dərc edilən yazılarda bu şirkətin adı keçir. MMC nazirin şirkəti kimi təqdim edilir. 

Ədliyyə Nazirliyi 2023-cü ildə də şirkətlə maliyyə dəyəri 2 132 218,25 AZN olan satınalma müqaviləsi imzalayıb. Müqavilə Ədliyyə Nazirliyinin struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satın alınması ilə bağlı olub.



Xəbərin oxunma sayı : 412




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap