“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Nazirlik tibbi avadanlıq satan şirkətdən laqonda və metrə alır - 2,5 milyonluq sifariş

Tarix 08.05.26, 18:23

Font ölçüsü : - / +
bitmap-img6


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi peşə emalatxanalarının satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Viva Medical Group” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 594 437,27 manat təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Viva Medical Group” MMC 5 oktyabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan, ev 19A-da yerləşir. Şirkətin qanuni təmsilçisi İsgəndərsoy Pərviz Nurəddin oğludur. 

Açıq mənbələrdə Pərviz İsgəndərsoy haqqında heç bir məlumata rast gəlinmir. 

"Viva Medical Group” MMC-nin rəsmi internet səhifəsində yerləşdirilən məlumatdan aydın olur ki, şirkət tibbi və laboratoriya avadanlıqlarının satışını həyata keçirir. "Viva Medical Group”un əsas məqsədi səhiyyə və təhsil sektorunu etibarlı, innovativ və ən müasir tibbi və laboratoriya avadanlıqları ilə təmin etməkdir”, deyə məlumatda qeyd edilir. 

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi isə şirkətdən laqonda, metrə, drel ucluğu, kəlbətin, çəkic, elektrod, tikiş maşını və s. bu kimi təsərrüfat malları alır.



Xəbərin oxunma sayı : 1165




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap