Fədayə Laçının vəkilləri müdafiə çıxışı ediblər – “Səhhəti ağırdır” Bella Hadid alt paltarı reklamında - Fotolar İrina Şeykdən ayrılıq xəbərlərinə cavab “Aktrisa, aparıcı, müğənni oldunsa, fahişəsən“ - Pərvin Abıyeva
Axtar
 
  • / Hadisə / — 12 Noyabr 2018

    Fədayə Laçının vəkilləri müdafiə çıxışı ediblər – “Səhhəti ağırdır”

  • / Maqazin / — 06 Noyabr 2018

    Bella Hadid alt paltarı reklamında - Fotolar

  • / Maqazin / — 03 Noyabr 2018

    İrina Şeykdən ayrılıq xəbərlərinə cavab

  • / Maqazin / — 31 Oktyabr 2018

    “Aktrisa, aparıcı, müğənni oldunsa, fahişəsən“ - Pərvin Abıyeva

  • / Maqazin / — 23 Oktyabr 2018

    Hadisə köhnə sevgilisini xatırlayıb ağladı - Video

  • / Maqazin / — 19 Oktyabr 2018

    Qüsursuz bədənini belə göstərdi - Fotolar

Nazirlikdə 13 narazı şəhid ailəsi ilə görüş oldu –Kompensasiya ilə bağlı müzakirə aparılıb

Tarix 08.11.18, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) şəhid hərbi qulluqçuların əvvəllər sığorta ödənişini almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəsi ilə Nazirliyin və Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbər vəzifəli şəxsləri növbəti dəfə görüş keçirib.

AzFakt.com ƏƏSMN-ə istinadən bildirir ki, ümumilikdə, 13 şəhid hərbi qulluqçunun yaxın qohumu – Quluzadə Sevinc Zahid qızı, Allahverdiyeva Zeynəbxatın Qurban qızı, Həsənova Fazilə Hüseynalı qızı, Babayeva Namidə Əlövsət qızı, Ziyadxanov Əsəd Fərman oğlu, Abdullayev Gülağa Cabbar oğlu, Qocayev Toğrul Etibar oğlu, Ağabalayeva Sədaqət Rzabəy qızı, Şükürova Zenfira Əlibala qızı, Həsənova Kifayət Savalan qızı, Musayeva Əskinaz Tapdıq qızı, Qasımova Minayə Əmir qızı və Bayramov Oruc Sultanəli oğlu ilə görüş keçirilib və onlara vaxtilə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı müvafiq qurumların arxiv materialları arasından aşkar edilmiş sənədlər təqdim edilib:

“Şəhid hərbi qulluqçulara görə sığorta ödənişinin alınması üçün vaxtilə müvafiq hərbi komissarlıqların arayışları əsasında notariat kontorlarına təqdim etdikləri ərizələr və bu ərizələrə uyğun olaraq notariat kontorlarından verilmiş vərəsəlik şəhadətnamələri (həmin şəhadətnamədə bu sənədin yalnız sığorta ödənişi alınması üçün verildiyi qeyd edilir), həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbinə əsasən sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı rəsmi qeydiyyatın aparıldığı möhürlə təsdiqlənmiş jurnaldakı müvafiq ödənişə dair qeydlər onların diqqətinə çatdırılıb”.



Xəbərin oxunma sayı : 268

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda