Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Nazirlikdən “Getcontact” xəbərdarlığı: Şəxsi məlumatlarınız ələ keçə bilər (VİDEO)

Tarix 07.02.18, 1:54

Font ölçüsü : - / +
bitmap-img6


Bir milyard 600 milyondan çox telefon nömrəsinin yerləşdirildiyi və Azərbaycanda da geniş istifadəçi kütləsinə malik olan "Getcontact" mobil tətbiqindən istifadə bir sıra risklərə yol açır.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu proqramın istifadəçilərinə xəbərdarlıq edib.

Proqrama istənilən nömrəni daxil etməklə həmin nömrənin digər mobil telefonlarda hansı adla qeydiyyata alındığını öyrənmək olur. İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə, proqramı telefonuna yükləyən şəxslərin mobil cihazının yaddaşında olan bütün nömrələr bazaya ötürülür. Bu, həm də digər abunəçinin də hüquqlarının pozulmasına yol açır. Həmçinin telefona giriş icazəsinin verilməsi istifadəçinin telefon yaddaşında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi təhlükəsini yaradır. 

Bununla belə, sistemdən nömrəni birdəfəlik silmək də mümkündür. Bunu etdikdə artıq heç kim sizin nömrənizin başqalarının telefonunda hansı adla qeyd olunduğunu görə bilməyəcək. 

Mobil tətbiqetmə isə hər saniyə bazasına yeni nömrələr əlavə edir. Proqramda nömrənizin görünməsini və məlumatların əldən-ələ keçməsini istəmirsinizsə, bazadan əlaqə nömrənizi çıxardın.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:







Xəbərin oxunma sayı : 220




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap