Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Nazirlikdən “Təfəkkür”də oxuyanlara daha bir şans

Tarix 18.09.17, 16:58

Font ölçüsü : - / +
bitmap-img6


2016-cı ildə “Təfəkkür” Universitetinin akkreditasiya müddəti bitib. 

AzFakt.com-a daxil olan məlumata görə, bu səbəbdən ali məktəb 2016-2017-ci tədris ilində akkreditasiyası keçiriləcək təhsil müəssisələrinin qrafikinə salınıb, müvafiq Akkreditasiya komissiyası yaradılıb və müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Lakin “Təfəkkür” Universitetinin rəhbərliyi ötən ilin oktyabr ayında Təhsil Nazirliyinə müraciət edərək maliyyə problemləri ilə əlaqədar Təsisçilər Şurasının 2017-ci ilin iyul ayından universitetin fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdiyini bildirib. Buna uyğun olaraq, universitet akkreditasiyadan keçmədiyi üçün ali təhsil müəssisəsinə tələbə qəbulu proqnozlaşdırılmayıb. Yay tətili ərzində universitetin 190 tələbəsi ümumi qaydada transfer.edu.az portalından istifadə etməklə digər ali təhsil müəssisələrinə köçürülüb. Bununla yanaşı təhsil hüquqlarını təmin etmək üçün mövcud qanunvericiliyə uyğun olaraq portala müraciət etməyən və hazırda Təfəkkür Universitetində təhsillərini davam etdirən tələbələrə digər ali təhsil müəssisələrinə köçürülmək üçün yenidən imkan yaradılacaq. Həmin tələbələr bu məqsədlə transfer.edu.az portalına müraciət edə bilərlər.

Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün universitetin tələbələrinə ali təhsil haqqında diplom verilməyəcək.



Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap