Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Nazirlikdən alıcılara ərzaq məhsulları ilə bağlı xəbərdarlıq

Tarix 29.07.17, 0:19

Font ölçüsü : - / +
bitmap-img6


Yay mövsümündə havaların qızması ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ərzaq məhsulları alarkən onların saxlanma şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xəbərdarlıqda qeyd olunur ki, ərzaq məhsulların saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması və ya birbaşa günəş şüaları altında saxlanılması onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının artmasına və кeyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Ona görə də ərzaq malları alarkən onların saxlanma şəraitinin məhsulun etiketində göstərilmiş məlumatlara uyğunluğuna, günəş şüalarının brbaşa təsirindən qorunmasına, ticarət obyektinin təmiz və yaхşı havalandırılan olmasına diqqət edin. Qeyd olunan tələblərə əməl olunmayan ticarət obyektlərindən mal almaqdan çəkinin.

İstehlakçılardan ərzaq mallarının satışı zamanı qeyd olunan tələblərə əməl olunmaması halları ilə rastlaşdıqda 195-2 Çağrı Mərkəzi, www.economy.gov.az internet saytı və “Facebook” səhifəsi vasitəsi ilə İqtisadiyyat Nazirliyinə, 498-15-01 və ya 498-15-04 nömrəli telefonlarla, eləcə də www.consumer.gov.az internet saytı vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.



Xəbərin oxunma sayı : 166




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap