Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nazirliklə agentlik pul davası edir –Ali Məhkəmə nazirliyin şikayətini qəbul etmədi

Tarix 24.04.18, 19:58

Font ölçüsü : - / +
bitmap-img6


Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə “İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatı arasında məhkəmə çəkişməsi başa çatıb.

“Report”a daxil olan məlumata görə, dövlət qurumunun BOKT-a qarşı iddiasına sonuncu dəfə aprelin 19-da Ali Məhkəmədə baxılıb və iddia təmin edilməyib.

Xatırladaq ki, “İcraçı Kredit Agentliyi” Dövlət Xidmətinin kredit ittifaqlarına ayırdığı maliyyə vəsaitləri üzrə vasitəçi olub. Azərbaycan manatının devalvasiyasından sonra BOKT verilmiş borcların geri alınmasında və dövlətə ödənilməsində çətinliklərlə üzləşib.

Bundan sonra Dövlət Xidməti “İcraçı Kredit Agentliyi”nin müflis elan olunması tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. 1 dekabr 2016-cı il tarixində keçirilmiş məhkəmə iclasında iddia tələbi təmin edilməyib.

Ardınca dövlət qurumu Bakı Apellyasiya məhkəməsinə müraciət edib. 30 noyabr 2017-ci il tarixində keçirilmiş məhkəmə iclasında apellyasiya şikayəti də təmin olunmayıb.



Xəbərin oxunma sayı : 307




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap