Aysundan diqqətçəkən pozlar - Fotolar Dilarə təqdimata tül paltar geyindi - Fotolar Afaq sinəsini böyüdüb, kamera önünə keçdi – Fotolar 50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU
Axtar
 
  • / Maqazin / — 21 Fevral 2019

    Aysundan diqqətçəkən pozlar - Fotolar

  • / Maqazin / — 19 Fevral 2019

    Dilarə təqdimata tül paltar geyindi - Fotolar

  • / Maqazin / — 14 Fevral 2019

    Afaq sinəsini böyüdüb, kamera önünə keçdi – Fotolar

  • / Maqazin / — 11 Fevral 2019

    50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU

  • / Maqazin / — 30 Yanvar 2019

    Hülya Avşar gənc qızları qısqandırdı-VİDEO

  • / Maqazin / — 29 Yanvar 2019

    Azərbaycanlı müğənninin hoteldə görüntüləri yayıldı - VİDEO


Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq - Ali Baş Komandan

Füzuli Ələkbərovun “qara kassa“sı Heybət İmanov ƏSMM-də “at oynadır“ - Narazılıq

Londona milyonlar yatıran ANARLARIN başı dərddə – Xüsusi komissiya yaradıldı

FETO-çu generalın Bakıdakı əlaqələri araşdırılır - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi

“Sovetski”dəki söküntünün milyonçuya çevirdiyi məmurların adları bilindi – ləqəbi “çəpiş”

“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Saatda 81 km sürətlə “GƏLƏCƏYƏ GEDƏN” qatarımız – “Dünyada belə sürətlə öyünən ölkə varmı?”

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Nazirliklə Kredit Assosiasiyası arasında qalmaqal –“Dövlətə olan borclarını qaytarmaq istəmir” (AÇIQLAMA)

Tarix 05.12.18, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


Kənd Təsərrüfatı Nazirliyi (KTN) Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanovun nazirliyin və nazirliyn tərkibindəki Kənd Təsürrfatı Layihələrinin İdarə Edilməsi xidmətinin kredit ittifaqlarına və fermerlərin bu təşkilatların xətti ilə kreditləşməsinə lazımi diqqət ayırmamaqda ittiham edib. 

BakuPost-un məlumatına görə, KTN yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanovun Nazirlikdən media vasitəsilə şikayətini dövlətə olan borclarını geri qaytarmamaq və təsisçisi olduğu kredit ittifaqının qanunsuz addımlarını ört-basdır etmək üçün uğursuz cəhd hesab edir.

M.Əliyev bildirib ki, Azərbaycan Hökumətinin aqrar sektora ayırdığı güzəştli kreditlərin verilməsi məqsədilə nazirlik yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti 39 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edir. Bu müvəkkil kredit təşkilatlarının 19-u kredit ittifaqıdır. Kredit ittifaqları vasitəsilə fermer və sahibkarlara təqdim edilmiş kreditlər Dövlət Xidmətinin kredit portfelinin 13%-ni təşkil edir. Bu da kredit ittifaqları tərəfindən verilmiş kreditlərin ölkə üzrə orta göstəricisindən (1%-dən də az) dəfələrlə artıqdır: “Kredit ittifaqlarına Dövlət Xidməti tərəfindən ayrılmış kredit portfelinin 69%-i qeyri-işləkdir. Müvəkkil kredit təşkilatlarının DX qarşısında olan vaxtı keçmiş borclarının 42%-i kredit ittifaqlarının payına düşür. Lakin fermerlərin ehtiyaclarını nəzərə alaraq, kredit ittifaqları ilə əməkdaşlıq davam etdirilir. Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanovun özünün təsisçi olduğu “Aran” Kredit İttifaqının da kreditləri vaxtı keçmiş kreditlər siyahısındadır. Assosiasiya sədrinin Dövlət Xidmətindən şikayətlənməsinin səbəbi isə onun rəhbərlik etdiyi kredit ittifaqı ilə əməkdaşlığın dayandırılmasıdır. Dövlət Xidməti əməkdaşları ilə görüşlərdə “Aran” Kredit İttifaqının təsisçisi fermerlərin götürdüyü kreditlərdən geri qaytarılan vəsaitlərin yüksək faizli məişət (istehlak) kreditlərinə yönəldildiyini bildirib. Cəlil Süleymanov bu addımı kredit ittifaqının mövcudluğunu davam etdirməsi səbəbilə atdığını deyib. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti rəhbərliyi və kredit mütəxəssisləri Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanov ilə dəfələrlə görüşüb, həm öz kredit ittifaqı, həm də Assosiasiyaya daxil olan digər kredit ittifaqlarının borcları barədə xəbərdarlıq ediblər. Təəssüf ki, müxtəlif vasitələrlə dövlət strukturuna təsir edib, qanunvericiliyin tələblərini öz xeyrinə dəyişmək istəyən Assosiasiya sədri indi də təzyiq vasitəsi kimi medianı seçib”.

M.Əliyev nəzərə çatdırıb ki, KTN yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti bir sıra kredit ittifaqlarının rəhbərləri ilə görüşərək, kredit ittifaqlarının sağlamlaşdırılması istiqamətində tövsiyə verib və yardım göstərir: “Dövlət Xidməti aqrar sektorun inkişafı, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin artırılması, ərzaq təhlükəsizliyinin təmini, idxaldan asılılığın azaldılması və ixrac qabiliyyətinin artırılması məqsədilə sağlam təsərrüfat və biznes quran, Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən bütün fermer və sahibkarlara dəstək verir”.

Qeyd edək ki, C.Süleymanov bildirib ki, Assosiasiya fəaliyyətin əlaqələndirilməsi və vəsaitin ayrılması üçün dəfələrlə nazirliyə və xidmətə müraciət etsə də, indiyədək hətta görüş keçirmək belə mümkün olmayıb.

 





Xəbərin oxunma sayı : 106

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda