Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nazirliyin “almayın” dediyi “M&P” kəsmiyindən həşərat çıxdı – Foto

Tarix 10.09.18, 13:54

Font ölçüsü : - / +
bitmap-img6


“M&P” firmasının istehsalı olan kəsmiyin içindən həşərat çıxıb.

AzEuroNews.com-un verdiyi məlumata görə, bu faktla istehlakçılardan biri qarşılaşıb.

Onun sosial şəbəkədə paylaşımı müzakirələrə yol açıb. İstehlakçının sözlərinə görə, “Adora” marketdən aldığı kəsmiyin içindən çıxan həşəratın marketin yoxsa istehsalçının günahı olduğunu bilmir.

Sağlamlığımızla necə oynayırlar...

Feysbuk istifadəçiləri arasında bəziləri sözü gedən “M&P” firmasını ittiham ediblər.

Ancaq marketin süd məhsulları şöbəsində antisanitariya hökm sürüdüyünü şərh yazanlar da olub. Fakt isə ondan ibarətdir ki. istehlakçı belə iyrənc mənzərə ilə qarşılaşıb.

Görəsən “M&P” firmasının istehsal müəssisəsində hansı şərait “yaradılıb” ki, həşəratlar, milçəklər kəsmiyin içinə düşürlər, sonra paketlənib mağazalara paylanır?

Bu şirkətin fəaliyyəti, sahibi haqda da məhdud informasiyalar var. Onların da əksəriyyəti neqativ faktlardır. Məsələn, 2011-ci ildə istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə süd məhsullarının istehsalı ilə məşğul olan “M&P” firması barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Sağlamlığımızla necə oynayırlar...

Dövlət Xidmətində işə baxılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə, “M&P” firmasına 1,3 min manat maliyyə sanksiyası tətbiq edilmişdi.

Digər məlumat şirkətə Məmmədov soyadlı birinin rəhbərlik etməsi və Binəqədidə yerləşməsidir. 2010-cu ildə yayılmış xəbərdə isə deyilir ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, ev 54 ünvanında yerləşən  M&P  firmasından götürülmüş nümunələrin laborator müayinəsi zamanı müəssisədə istehsal edilmiş yağlılığı 20% olan xamanın, yağlılığı 3,2% olan qatığın və camış qatığının tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus qrupundan olan bakteriyalar (stafilakokk) aşkar olunub.

İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, etiketində yağlılığının 20% olduğu göstərilmiş xamanın tərkibində yağın kütlə payının normadan az olduğu da müəyyənləşdirilib.

Aşkar edilmiş pozuntularla əlaqədar, insan orqanizmi üçün təhlükəli olan 273 kq süd məhsullarının məhv edilməsi barədə  M&P  firmasına Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib və həmin mallar qanunamüvafiq qaydada məhv edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “M&P” firmasına məxsus istehsalat sahələrində istehsal edilmiş süd məhsullarını almamağı tövsiyə edir.




Xəbərin oxunma sayı : 658




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap