Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Nazirliyin işsizlərlə bağlı yeni qərarı: nəyi dəyişəcək?

Tarix 13.08.18, 2:51

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlik sığortasının verilməsi ilə bağlı yeni qaydalar tətbiq edib. Bu qaydalara görə, Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş, yəni işini itirmiş şəxsə işsizlikdən sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzinə müraciət etməsi barədə mobil telefonuna sms bildiriş göndəriləcək.

Məqsəd həmin sığortaolunanların işsizlikdən sığorta ödənişi almaq hüquqları barədə məlumatlandırılması, onların bu hüquqlardan dolğun şəkildə faydalana bilmələrinin təmin edilməsidir.

Qeyd edək ki, müəssisənin ləğvi və ya ixtisar nəticəsində işini itirmiş və işsiz kimi qeydiyyata alınmış, azı 3 il sığorta stajına malik olan şəxslərin işsizlikdən sığorta ödənişini almaq hüququ var. Həmin şəxslər 24 ay ərzində 12 aydan çox sığorta stajı olan, işini itirdikdən sonra məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan şəxslər işsizlikdən sığorta ödənişi (itirdikləri orta aylıq əməkhaqqının sığorta stajı 3 ildən 5 ilə qədər olduqda 50 faizi, 5 ildən 10 ilə qədər olduqda 55 faizi, 10 ildən çox olduqda 60 faizi) ilə təmin olunurlar. Azı 3 il sığorta stajı olan, lakin işini itirdiyi günədək 24 ay ərzində 12 aydan az sığorta stajı olanlara isə 6 ay müddətinə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir. 

Məlumdur ki, ölkəmizdə "İşsizlik sığorta haqqında” Qanun müzakirə obyektidir. Bu qanunda olan boşluq işini itirərən çox az sayda adamın müavinət alması ilə nəticələnir. Ümumiyyətlə, işsizlikdən sığorta ödənişlərinin nəzərdə tutulmasından çox az adamın xəbəri var. Bu üzdən də işsizlik sığortası üçün müraciət edənlərin sayı da az olur. Bu il İşsizlikdən Sığorta Fondu fəaliyyətə başlasa və əvvəlki illərə nisbətən bu məqsədlə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılsa da, bu da görünür ki, irəliləyişlər demək deyil. Digər vacib məqam isə ondan ibarətdir ki, Azərbaycanda əmək müqaviləsi ilə işləyənlərin sayı çox azdır. Əksər müəssisələrdə məcburi dövlət sosial sığorta haqlarının məbləğinin yüksək olması səbəbilə işçilərin müqaviləsiz işə götürülməsinə üstünlük verirlər. Bu üzdən də əmək müqaviləsi ilə işləyənlərin sayı real işçilərin sayından çox azdır. 

Belə olduğu təqdirdə yeni qaydaların tətbiq olunması nə əhəmiyyət daşıyır?

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, İşsizlikdən sığorta qanunu qüsurlu və Konstitusiyaya ziddir: 

"Yalnız bir kateqoriya işçilər müavinət ala bilir. Baxmayaraq ki, sığorta fondunun həcmi yeddi dəfə artıb, həmin pula iddia edənlərin dairəsi isə kiçilib. Bu ancaq Əmək Qanunvericiliyin 70-ci maddəsinin A və B bəndləri ilə əmək müqaviləsinə xitam verilənləri əhatə edir. Belə adamlar da Azərbaycanda demək olar ki, yoxdur. Heç bir işə götürən işçini ixtisara salmır. Sadəcə, 5-6 aylıq müqavilə bağlayır, müddəti bitəndə, deyir ki, çıx get. Burda həm də nəzərdə tutulur ki, əmək müqaviləsinin müddətinin bitməsi halında, işçinin öz arzusu ilə işdən çıxması, seksual təhrikə məruz qalaraq işdən getdiyi, sınaqdan, attestasiyadan keçmədiyi, əmək şəraitinin şərtlərinin dəyişilməsi halında bu vəsaitə iddia edə bilməyəcək. Həm də 3 ildən az olmayan sığorta stajı olanlarlara aiddir. Bu şərtləri keçmək də hələ müavinət almaq demək deyil. Onlara da iki dəfə iş təklif olunur. Bundan imtina edəcəkləri təqdirdə onlara da müavinət verilmir”. 

Sahib Məmmədov deyir ki, adıçəkilən qanun dəyişməyənə qədər sistemdə hansısa dəyişikliyin edilməsi yeni nəsə vəd etmir: 

"Görünür, dəyişmək fikirləri də yoxdur. Yeni Məşğulluq haqqında qanun da çox ciddi qüsurlarla qəbul edildi. SMS -lə, filanla islahat aparmaq olmaz. Bu kosmetik dəyişikliklərdir. Bu cür dəyişiklikləri çox görmüşük. Radikal islahat lazımdır. Məşğulluq siyasəti bütövlükdə dəyişilməlidir”.

Əmək hüquqlarının müdafiəçisi deyir ki, Məşğulluq haqqında yeni qanunla demək olar ki, işsizlər də məşğul sayılır.  Sahib Məmmədov deyir ki, Azərbaycanda cəmi 1,5 milyon əmək müqaviləsi ilə işləyən şəxs var. Amma hökumətin açıqlamasına görə, məşğul olanların sayı 5 milyon göstərilir: 

"Yəni, məşğul olanların 3,5 milyonu həmin vəsaitə iddia edə bilməz. 1,5 milyondan da ixtisara düşənlər. Bu absurd bir qanundur”. O, bildirir ki, sadalananlara rəğmən ötən il ayrılan vəsait 5 milyon idisə, bi il 35 milyona qaldırılıb: "5 milyon olanda hamı müavinət ala bilirdi, amma 35 milyon olanda yalnız ixtisara düşənlər alır. Azərbaycanda da ixtisara düşənləri barmaqla saymaq olar. İl ərzində ixtisara düşənlər cəmi 1000 nəfər olar. Bütün bunlar vahid məşğulluq planının olmamasını göstərir”.



Xəbərin oxunma sayı : 643




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap