Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nazpərinin seyfindən oğurlanananlar – 311 minlik qızıl-zinət əşyası, 15 min dollar…

Tarix 16.07.18, 18:31

Font ölçüsü : - / +
bitmap-img6


Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə ittiham edilənlərin məhkəməsi davam etdirilir. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərin məhkəməsi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilir.

Onlar 19 avqust 2017-ci il tarixində Nərimanov rayonunda Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.
Cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki üzvü – Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər.

Musavat.com istintaq zamanı zərərçəkmiş kimi dindirilən Nazpəri Dostəliyevanın ifadəsini əldə edib.

Sonuncu məhkəmə prosesinə gəlməyən N.Dostəliyevanın istintaqda dediklərindən məlum olub ki, o təqsirləndirilən şəxsləri bağışlayıb.

Xalq artisti bildirib ki, bağ evinə gedib qayıtdıqdan sonra Nərimanovdakı mənzilindən oğurluq edildiyini bilib.
“Nərimanovdakı mənzilimdə tək yaşayıram. Övladlarım ayrı-ayrı evlərdə yaşayır. Sevda Hüseynova ev işlərimə kömək edir. Sevdanı 11 ildir tanıyıram. Mənzilin bir açarı da Sevdada olur. Sevda hər gün saat 10-da bizə gəlib 7-də gedir. Hər ay ona 500 manat əməkhaqqı verirəm. Yataq otağımda şkafın içində özümə məxsus qızıl-zinət və özəl əşyaları saxlayırdım. Seyfin açarı yalnız məndə olub. Hadisə vaxtı seyfin içində brilyant, digər qızıllar, pullar və evin sənədləri vardı. Mənim icazəm olmadan heç kim o seyfə əl vura bilməzdi. Həmçinin, hər gün istifadə etdiyim qızıllar isə yataq otağında şüşə şkafda idi. Sərxan Mirzəyev təxminən 2 ildir sürücümdür. Ona ayda 500 manat əməkhaqqı verirəm. Hadisə günü sürücüm Sərxan və Sevda ilə Novxanıdakı bağ evinə getdik. Axşamüstü Nərimanova qayıtdıq. Evə daxil olanda yataq otağının işığı yanılı idi. Sevdadan işığı niyə söndürmədiyini soruşdum. O isə evdən çıxanda işıqları söndürdüyünü dedi. Şüşə şkaf açıq idi. Baxdım ki, əşyalarım dağıdılıb. Qızıl və zinət əşyalarım götürülüb. Tez seyfə baxdım. Gördüm, şkafın içində olan seyfi yerində yoxdur. Otağın digər tərəfində olan şkafdan da brilyantlarım və digər qızıl-zinət əşyalarım götürülmüşdü”.

N.Dostəliyeva bildirib ki, dərhal sürücüsü DİN-in 102-i xidmətinə məlumat verib.

Zərərçəkmiş Nazpəri Dostəliyeva istintaqda sualları cavablandırarkən deyib ki, həmin günü Novxanıdakı bağ evlərinə gedəcəyini yalnız ailə üzvləri bilib. Sürücüsü və köməkçisi isə Novxanıya gedəcəyini sadəcə 1 gün qabaq biliblər.

Ümumilikdə 311 min manatlıq qızıl-zinət əşyasının, 15 min dollarının, 3 min avrosunun və 2 min funt-sterlinqinin oğurlandığını deyən xalq artisti dəymiş ziyanın ödənildiyini deyib.

“Qızılların bir qismi istintaq zamanı qaytarıldı. Daha sonra həbs edilənlərin valideynləri yerdə qalan qızıl və pulu ödədilər”- deyən N.Dostəliyev heç bir şikayət və tələbinin olmadığını qeyd edib.

Məhkəmənin baxış iclası iyulun 19-na təyin edilib.

Məlumata görə, dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb. A.Həmidov daha sonra azadlığa buraxılıb. Məlumata görə, azadlığa buraxılan A.Həmidov taksi sürücüsü olub.



Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap