Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Nəfəs aparatına qoşulu yaşayan xalq artistinin vəziyyəti ağırdır

Tarix 24.06.17, 20:37

Font ölçüsü : - / +
bitmap-img6


Xalq artisti Qəndab Quliyevanın vəziyyəti ağır olaraq qalır

 Bu barədə Lent.az-a xalq artistinin oğlu Hafiz Həmidov məlumat verib. 

O bildirib ki, anası hazırda reanimasiyaya yerləşdirilib və  səhhəti ilə bağlı heç bir irəliləyiş yoxdur. H.Həmidov onu da əlavə edib ki, anasını müalicə üçün Türkiyəyə aparmaq istəsələr də, həkimlər buna icazə vermir.
 
Müalicənin də çox xərc tələb etdiyini vurğulayan H.Həmidov deyib ki, kömək üçün heç bir quruma müraciət etməyiblər: “Nə Səhiyyə, nə də Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Guya müraciət etsək, nə edə biləcəklər ki?!”.
 
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində Bakı Ürək Mərkəzinin intervension-kardioloqu Şahin Xəlilov da Lent.az-a bildirib ki, Qəndab Quliyevanın vəziyyəti olduqca ağırdır: “Hazırda nəfəs aparatına qoşulu vəziyyətdədir. Ürək, böyrək və ağciyərlə bağlı problemləri var. İtaliyanın San Donato klinikasının məşhur reanimatoloqu hazırda xalq artistinin vəziyyətinə nəzarətini üzərinə götürüb”.
 
Ş.Xəlilov onu da qeyd edib ki, xalq artistinin durumu ilə bağlı nə olacağını bəribaşdan proqnoz vermək çətindir: “Ailə Türkiyəyə aparmaq istədi, məsləhət etdik ki, hazırda nəfəs aparatına qoşuludur və onu bu vəziyyətdə aparmaq daha böyük riskdir. Qadağan etmək, ya icazə verməmək kimi söhbət olmayıb. Bu, bizim səlahiyyətimizdə deyil. Qərar ailənindir”. 



Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap