Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Neftçalada pambıq reketi - İcra başçısı sahibkarlara divan tutur

Tarix 11.01.17, 15:59

Font ölçüsü : - / +
bitmap-img6


Neftçalanın icra başçısı İsmayıl Vəliyev rayonda anoloqu olmayan "terror"a əl atıb.

Neftçala rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Mustafa Əliyev tələb etdiyi rüşvəti ala bilmədikdə sahibkarlara bildirir ki, onların icarəyə götürdükləri dövlət torpaqlanıda prezidentin tapşırığına əsasən pambıq əkiləcək. Və bundan sonra traktorlarla ərazini şumlayır və tikintiləri sökdürür

Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev pul qazanmaq üçün yeni metod kəşf edib. Belə ki, icra başçısı icarə qaydasında sahibkarlara verilən dövlət torpaqlarına görə sahibkarlardan rüşvət tələb edir. Əks təqdirdə torpaqlar sahibkarlardan alınır və şumlanır. Həmin ərazilərdə icra başçısı hal-hazırda dəmyə arpa əkini aparır.

MilliYol.Az-a Neftçala sahibkarlarından daxil olan şikayətdə bildirilir ki, İsmayıl Vəliyevin bu qanunsuz əmrlərini icra edən şəxs Neftçala rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Mustafa Əliyevdir. Məhz Mustafa Əliyev dövlət torpaqlarını icarəyə götürən sahibkarların yanına gedir və on illərlə heyvandarlıqla məşğul olan sahibkarlarda icarədə olan dövlət torpaqlarına görə icra başsının adından rüşvət tələb edir. Rüşvətin miqdarı isə torpağın hektarına görə 30-50 min manat arasında dəyişir. Sahibkarlar isə tələb olunan rüşvəti verə bilmədiklərinə görə çıxılmaz vəziyyətə düşüblər.

Maraqlıdır ki, Mustafa Əliyev tələb etdiyi rüşvəti ala bilmədikdə sahibkarlara bildirir ki, onların icarəyə götürdükləri dövlət torpaqlanıda prezidentin tapşırığına əsasən pambıq əkiləcək. Və bundan sonra traktorlarla ərazini şumlayır və tikintiləri sökdürür. Hazırda bir neçə sahibkara bu yolla külli miqdarda ziyan dəyib. İşin ilginc tərəfi isə odur ki, şumlanan ərazilərdə pambıq əkmək mümkün deyil. Çünki bu torpaqlar suvarılmayan torpaqlardır və bu sahələrdə ancaq dəmyə arpa əkmək mümkündür. Ərazilərin böyk əksəriyyəti isə şoran torpaqlardır və sahibkarlar bu torpaqlarda əsasən otlaq sahə kimi istifadə edirlər.

Neftçala rayon Yuxarı Qaramanlı kəndindən MilliYol.Az-a kənd sakinləri adından olunan şikayətdə isə bildirilir ki, Mustafa Əliyev kənd əhalisinin otlaq sahəsini də pambıq əkmək adı altında şumlayıb. Yuxarı Qaramanlı kənd bələdiyyəsinin sədri kənd sakinlərinə bildirib ki, torpaqların şumlanmasını icra başçısı tələb edib və güya kənd sakinlərinin otlaq yerlərində pambıq əkiləcək. Hazırda isə Yuxarı Qaramanlı kənd nümayəndəsi şumlanmış ərazilərdə arpa əkini aparır. Bu isə haqqlı olaraq kənd sakinlərinin narazılığna səbəb olub. Etiraz edən kənd sakinlərinə isə polis vasitəsi ilə təzyiqlər olunub.

Qeyd edək ki, Neftçala sahibkarları məsələ ilə bağlı Prezident Adminstrasiyası qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar. Çünki İsmayıl Vəliyevin özbaşınalığı sayəsində sahibkarlara külli miqdarda ziyan dəyib. Bəzi sahibkarların 99 il müddətinə müqaviləsi olmasına baxmayaraq, onların torpaq sahələri zorla əlindən alınıb və fermaları qanunsuz olaraq sökülüb. Hazırda sahibkarlar onlara dəyən ziyanın ödənilməsini tələb edirlər.




Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap