Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Neftçalada polis əməliyyatı:3 nəfər həbs edildi

Tarix 13.05.19, 13:52

Font ölçüsü : - / +
bitmap-img6


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş E.Həziyevin “QAZ-3302” markalı avtomobilindən marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə E.Həziyevin Yeniqışlaq kəndi ərazisindəki şəxsi təsərrüfatında olan dəmir konstruksiyalı vaqondan isə 1 ədəd “F-1” markalı qumbara və 10 kiloqramdan artıq marixuana aşkar edilib.

Digər əməliyyat tədbirləri ilə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakinləri N.Qardaşova məxsus həyətyanı sahədən 146 ədəd, N.Əmirova məxsus həyətyanı sahədən isə 11 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edərək götürmüşlər.

Faktlarla bağlı araşdırmalar aparılır.



Xəbərin oxunma sayı : 163




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap