Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Neft bahalaşır,bəs manatın məzənnəsi niyə dəyişmir? – İqtisadçıların rəyi

Tarix 21.05.18, 3:09

Font ölçüsü : - / +
bitmap-img6

Dünya birjalarında neftin qiymətinin 80 dollar civarında olması “ qara qızl”la zəngin Azərbaycanda manatın taleyi, mal və məhsulların qiymətləri ilə bağlı sualları aktuallaşdırıb.

İndi bəziləri sual edir: neft bahalaşırsa, manat nədən möhkəmlənmir? Çünki 3 il öncə dalbadal baş verən devalvasiyalar və bunun nəticəsində mal və məhsulların qiymətlərinin bahalaşmasını rəsmilər neftin qiymətinin ucuzlaşması ilə izah edirdilər.



Deputat Vahid Əhmədov Azadlıq Radiosunun suallarına cavab verərkən neftin qiymətinin qalxmasını siyasi olaylarla əlaqələndirib. Deputat xüsusilə İran ətrafındakı hadisələrin neftin qiymətinə təsir göstərdiyini düşünür.

V Əhmədov hesab edir ki, neftin qiymətində indiki artım bir müddət davam edə bilər, hətta 85-90 dollar civarına da yaxınlaşar: “Amma bu artım çox uzun zaman davam edə bilməz. Çünki neftin qiymətinin enməsində maraqlı dövlətlər var. Düzdür, Azərbaycana neftin qiymətinin yüksək olması yaxşıdır. Amma müəyyən zamandan sonra neftin qiyməti enəcək. Ona görə manatın möhkəmlənməsi və qiymətlərin enməsi barədə danışmaq hələ tezdir”.



Ancaq iqtisadçı-alim, keçmiş deputat Nazim Bəydəmirli isə hesab edir ki, manatın kursu neftin qiymətinə birbaşa bağlı olduğundan obyektiv səbəblərdən yerli valyuta möhkəmlənməli idi: “Bu, baş vermirsə, bir daha sübut olunur ki, manatın kursu inzibati vasitələrlə tənzimlənir”

Nazim Bəydəmirli düşünür ki, manatın kursunun möhkəmlənməsi istehlakçıların xeyrinə olardı: “Çünki Azərbaycan idxaldan asılı ölkələr siyahısındadır. Əsas istehlak malları idxal olunur, kurs aşağı olsaydı, manat ekvivalentində əhali daha az pul xərcləyərdi. Həm də heç olmasa qonşu ölkələrlə müqayisə olunan zaman bizim orta aylıq əməkhaqqı, yaşayış minimum statistikası Ermənistan və Gürcüstandan geri qalmazdı. Bu baxımdan Mərkəzi Bank manatın kursunu sabit saxlamaqda maddi və siyasi nailiyyət əldə olunmadığını fikirləşməlidir. Əksinə, manatın kursunun bahalaşmasının vətəndaşlar üçün xeyirli olduğunu bilməlidir”.

Ancaq Nazim Bəydəmirli hesab edir ki, neftin bahalaşmasından eyforiyaya qapılmaq lazım deyil: “Sadəcə, neftin qiymətinin artması geosiyasi xarakter daşıdığından müvəqqətidir. Bəli, iki-üç ay gəlirlərimiz artacaq. Ona görə müfaviq nazirliklər müxtəlif layihələr üçün hərəkətə keçməsinlər. Sənayesi inkişaf etməyən, ixrac məhsulu az olan Azərbaycan kimi ölkələr bilməlidir ki, neftin qiyməti artırsa, bu məhsulu çıxardan avadanlıqların da qiyməti artır. İkinci, idxal etdiyimiz malların da qiyməti artır. Bu mənada neftin qiyməti sabit, ancaq maya dəyəri aşağı olmalıdır. Təəssüf ki, neftin qiyməti 100 dolları aşanda, SOCAR-ın çıxartdığı neftin maya dəyəri də yüksək olurdu. Belə olanda maya dəyərinin ucuzlaşması üçün addımlar atılmalıdır. Hazırda mövcud vəziyyətdən istifadə edib aşağı faizlə sahibkarlığa kredit dəstəyi verilməli və kredit faizlərini aşağı salmaq lazımdır”.



İqtisadçı Rəşad Həsənovun qənaətinə görə də, neftin qiyməti o zaman istehlak qiymətlərinə təsir göstərir ki, manatın məzənnəsində dəyişiklik baş verir: “Ancaq manatın məzənnəsi diktə olunan məzənnədir. 2017-ci ilin aprelindən indiyə qədər neftin qiymətinin 45 faiz bahalaşmasına baxmayaraq, yerli valyutanın məzənnəsində dəyişiklik olmayıb. Dəyişikliyin olmaması da qiymətlərə təsir imkanını məhdudlaşdırır. Əsas problem bundadır”.

İqtisadçı xatırladıb ki, 2015-ci ildə neftin qiymətinin enməsi nəticəsində iki devalvasiya baş verib: “Eyni zamanda, gömrükdə korrupsiya ilə mübarizə tədbirləri ilə bazar iştirakçılarının sayı artdı və rəqabət də qiymətə öz təsirini göstərdi. 2016-cı ildən başlayaraq bu şərtlərin əsas hissəsi aradan qalxdı, administrativ təsirlər götürüldü, çünki bu şəkildə bazarda tənzimlənməni həyata keçirmək mümkün deyildi. Əks halda, xarici ticarət iştirakçıları bazardan kənaralaşacaqdı, eyni zamanda, yerli istehsalçılar. Halbuki, onların 80-85 faizi idxaldan asılıdır.

Bundan əlavə, müəyyən böyük oyunçular yeni mexanizmlər düşünməyə başladılar. Qiyməti müəyyən qədər saxlamaqla, qiymət dəyişiklilərinə imkan verməməklə rəqiblərini sıradan çıxartmağa çalışdılar. Artıq 2015-ci ildə xarici ticarətə daxil olmuş kiçik oyunçuların əhəmiyyətli hissəsi bazardan kənarlaşdırılıb. Bu da monopolistlərə rahat şəkildə qiymətləri artırmaq imkanı yaradır.

Başqa bir məqam: anbarlarda olan məhsullar qurtardığından, yeni gələn məhsullar ilə yeni qiymətlərin müəyyənləşdirilməməsi mümkünsüz idi”.

Azadlıq Radiosu



Xəbərin oxunma sayı : 919




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap