Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Neft bazarında qiymətlər yenidən qalxır – Detallar

Tarix 03.11.20, 21:37

Font ölçüsü : - / +
bitmap-img6


Dünya fond bazarlarında qeydə alınmış əhəmiyyətli artımdan sonra neftin qiymətləri də artmağa başlayıb.

Məlumata görə, bu gün Bakı vaxtı ilə saat 14:21-də “Brent” markalı neftin yanvar fyuçersləri 3,21 faiz bahalaşaraq 40,22 ABŞ dollarından, WTI markalı neftin dekabr fyuçersləri isə 3,4 faiz bahalaşaraq 38,06 ABŞ dollarından satılıb.

Qeyd edək ki, bu gün Avropa birjalarında neft orta hesabla 2 faiz artıb, ABŞ birjalarında da müsbət cərəyan qeydə alınıb. Bu artım daha çox ABŞ-da prezident seçkiləri ilə əlaqədardır.

Bununla yanaşı, ABŞ dollarının başqa nüfuzlu pul vahidlərinə qarşı ucuzlaşması da neft və s. xammal məhsullarının qiymətlərinə müsbət təsir göstərir. Belə ki, bu gün dolların indeksi 0,52 faiz azalıb. Həmçinin “Bloomberg” mənbələrə istinadən xəbər verir ki, OPEC+ formatı çərçivəsində neft hasilatının ixtisarına dair razılaşma şərtlərinin növbəti dəfə yumşaldılmasını gələn ilin birinci rübünün axırınadək təxirə salmaq məsələsinə dair dünən Rusiyanın energetika naziri Aleksandr Novak ölkənin neft şirkətləri rəhbərləri ilə müzakirə edib.

Xatırladaq ki, OPEC+ ölkələri hasilatı bu ilin may ayının 1-dən 9,7 milyon barel, avqustun 1-dən ilin sonunadək 7,7 milyon barel, daha sonra 2022-ci ilin aprel ayının sonunadək isə 5,8 milyon barel azaltmaq razılığına gəlmişdilər.

Növbəti hasilat artımının gələn ilin yanvarın 1-dən daha sonrayadək təxirə salınması ehtimalını şərh edən SEB-in eksperti Bjarne Schieldrop qeyd edib: “Bu gün və sabah hamının gözü ABŞ seçkilərində olacaq. Yanvarın əvvəlindən əlavə gələcək gündəlik 1,9 milyon barelin narahatlığı olmasaydı, bazarın arxayınlaşacağını qətiyyətlə söyləmək olar”/Report.




Xəbərin oxunma sayı : 868




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap