Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Neft Fondunun büdcəsi təsdiqləndi

Tarix 11.01.17, 20:31

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev fərman imzalayaraq Dövlət Neft Fondunun 2017-ci il büdcəsini təsdiqləyib. Novator.az-ın məlumatına görə, fondun gəlirləri 8 milyard 370 milyon 589,8 min manat, xərcləri 14 milyard 483 milyon 856 min manat məbləğində müəyyən edilib.

Karbohidrogenlərin satışından 7 milyard 550 milyon 705,3 min manat xalis gəlir əldə edilməsi nəzərdə tutulur. Xərclər isə bu məqsədlərə yönəldilir: 2017-ci ilin dövlət büdcəsinə transfert – 6 milyard 100 milyon manat; makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka transfert – 7 milyard 500 milyon manat; Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi – 496 milyon 155 min manat; Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi – 165 milyon 825 min manat; qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi – 90 milyon manat; Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi – 70 milyon manat; 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsi – 29 milyon 304 min manat.

Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 32 milyon 572 min manat olacaq. Dövlət başçısının fərmanı ilə Neft Fondunun 2017-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası da rəsmiləşib.



Xəbərin oxunma sayı : 130




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap