Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Neft Fondunun gəlirləri 6 dəfə azalıb - Ekspert açıqladı

Tarix 05.03.19, 10:43

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 6 dəfə azalıb. Fond yalnız səhmlərin idarəedilməsindən 42,9 milyon dollar ziyana düşüb.

AzFakt.com xəbər verir ki, bu barədə iqtisadçı alim, ADR hərəkatının sədri Qubad İbadoğlu məlumat paylaşıb. Q.İbadoğlu yazır ki, nəhayət ki, martın 1-də Fond 2018-ci il üzrə üzrə gəlir və xərclərinə dair məlumatları açıqlayıb. Məlum olub ki, gecikmənin ciddi səbəbləri mövcuddur.

"Fondun son açıqlamasındakı məlumatların əvvəlki illərlə müqayisəli təhlindən məlum olur ki, ötən il ərzində Neft Fondunun vəsaitinin idarə olunmasından əldə etdiyi gəlirlər əvvəlki illə müqayisədə 6 dəfə azalıb. Belə ki, 2017-ci il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 1 083,6 milyon manat, 2016-cı il ərzində müvaflq göstərici 1 068,8 milyon manat olduğu halda, ötən il üçün bu göstərici 181,1 milyon manat təşkil edib. Baxmayaraq ki, 2019-cu il yanvarın 1-ə Fondun aktivləri, yəni idaəçilikdə olan vsəaitləri 2018-ci ilin əvvəlinə nisbətən 7,56 faiz artaraq 38 515,2 milyon ABŞ dollarına çatıb. Bu isə o deməkdir ki, aktivlərin artmasına baxmayaraq, Fondun investisiya portfeli üzrə gəlirliyi aşağı düşüb. Belə ki, müqayisə olunan dövrlərdə bu göstərici 2016-cı ildə 1,92 faiz, 2017-ci ildə 1,88 faiz olduğu halda 2018-i ildə 0,35 faiz təşkil edib”, – deyə Q.İbadoğlu bildirib.

İqtisadçı alim qeyd edir ki, ötən il Fondun əsas itkiləri səhmlərə qoyuluşlardan olub. Səhmlərin idarəedilməsindən Fond 0,87 faiz və ya 42,9 milyon dollar ziyana düşüb. Məlumat üçün qeyd edim ki, Fondun investisiya portfelində səhmlərin payı 12,8 faiz,məbləği isə 5 milyard dollar təşkil edir.



Xəbərin oxunma sayı : 544




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap