Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Neft və qaz nədən bahalaşır? – Azərbaycan üçün son şans

Tarix 06.10.21, 14:56

Font ölçüsü : - / +
bitmap-img6


Dünyada alternativ enerjiyə keçid sürətlənir, amma ənənəvi enerji daşıyıcılarına tələbat, onların qiyməti də artır. Bu paradoksu analiz etmək gərəkdir.

Təbii qazın min kubmetrinin qiyməti 1500 dolları ötüb. Neftin qiyməti də son üç ildən bəri ilk dəfə 80 dolları keçib.

Qaz və neftdə bahalaşmanın öz fərqli alqoritm və səbəbləri olsa da, ənənəvi enerji daşıyıcılarının qiymət artımından udan və uduzan tərəflər var. Hər iki istiqamətdə qiymət artımından irəli düşən hələ ki, Rusiyadır. Bu qiymətlər Rusiyaya qarşı sanksiyaları mənasızlaşdırır, Moskvanı gücləndirir.

Nə baş verir ki, alternativ enerjiyə keçid sürətləndikcə ənənəvi enerji daşıyıcıları bahalaşır?

Alternativ enerjiyə keçid çox bahalı prosesdir, hələ də bu keçid subsidiyalara görə mümkün olur. Keçidin orqanik olması və biznes məntiqi ilə baş tutması, gəlirli olması üçün ənənəvi enerji daşıyıcıları baha olmalıdır. Neftin barreli 40-45 dollara, qazın min kubmetri 200 dollara olan zaman heç kim alternativ enerjiyə yatırım etmək istəmir – biznes məntiqi işləmir, investorlar daha ucuz və daşınması əlverişli olan ənənəvi enerji daşıyıcılarına üstünlük verirlər. Ona görə də yaxın 5-10 ildə alternativ enerjiyə keçidin sürətlənməsi üçün neft-qaz baha olmalıdır – ilk və ən maraqlı paradoks budur.

Neftin qiymətinə təsir edən əsas amil OPEK+ anlaşması, süni qiymət artımı prosesidir. OPEK+ hasilatı azaltmaqla qiymətləri süni şəkildə qaldırır və buna heç kim müqavimət göstərmir. Çünki baha neft ABŞ-a da sərf edir, şist neftinə maya qoyanlar artır, hasilat yüksəlir.

Qazın qiyməti də bənzər məsələdir – Rusiya Ukrayna üzərindən Avropaya ötürülən qazın həcmini azaltdı, “Qazprom” bu ilin ikinci yarısı və gələn il üçün qaz həcmlərinin ötürülmə bronunu azaltdı, yeni həcmlər bron etmədi. Hava şəraiti də təsir etdi və qiymətlər yüksəldi.

Udan Rusiyadır, amma tək o deyil, ABŞ ən böyük qaz hasilatçılarından biridir, amma Avropaya sıxılmış qaz satmaq istəyərkən Rusiyanın ucuz qiymətlərinə tuş gəlirdi, sıxılmış qazın sərfəli olması üçün qiyməti yüksəlməli idi.

Dünyaya pandemiya ilə mübarizə adı altında 17 trilyon dollar pul səpilib, o pulların bir qismi toplanmalıdır, bunun üçün əvvəl kriptovalyuta kimi mənasız aktivlərin qiymətini qaldırdılar, 1,5 trilyon dollar sterilizasiya edildi, amma bu yetərli deyildi – hansısa vacib aktivlərin qiyməti qalxmalıdır ki, səpilən pullar sterilizasiya olunsun, bu da neft-qazdır. Enerji daşıyıcılarının qiymət artımı inflyasiyanı yüksəldir, bu da Qərb ölkələrinin iqtisadiyyatına çox lazımdır. Təqribən 5 faizik inflyasiya iqtisadiyyatda dopinq effekti yaradır, aktivliyi artıran amilə çevrilir.

Bu nə vaxta qədər davam edəcək?

Dünya iqtisadiyyatının tarixinə nəzər salsaq, siyasi tarixi analiz etsək, SSRİ-nin çöküşünü göz önünə gətirsək, ciddi bir qanunauyğunluq, analogiya aparmaq olar. 1973-сü ildə neft böhranı yaşandı, ərəb ölkələrində neft hasilatı azaldı, ABŞ neft satışını dayandırdı, neftin qiyməti qalxdı, SSRİ-nin “qızıl dövrü” başladı, pul sel kimi axdı. Təqribən 10 il sonra isə neft kəskin ucuzlaşdı, SSRİ-də ərzaq qıtlığı yarandı, sonra ölkə çökdü. Əgər indi də bənzər ssenari işləsə, yaxın 10 ildə (2030-cu ilə qədər) neft və qazın qiyməti yüksək səviyyədə qalacaq, bu vaxta qədər alternativ enerjiyə tam keçid baş verəcək, sonra qiymət kəskin enəcək, enerji “iynəsinə” oturan ölkələrdə böyük təlatümlər yaşanacaq.

Azərbaycan neft-qaz ölkəsi kimi yaxın 10 ildə böyük gəlirlər əldə edə biləcək. Bu, ölkənin dəyişməsi üçün son şansdır. Bu şansı da 2004-2015-ci illərdə olduğu kimi əldən buraxsaq, sonra çox çətin olacaq, dünyanın ən kasıb ölkələrindən birinə çevrilib xəritədə qeyri-sabit dövlət kimi yer alacağıq…

Natiq Cəfərli,
İqtisadçı ekspert

Natiq Cəfərli: "Qələbə Paradın mübarək, Əsgər!"





Xəbərin oxunma sayı : 889




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap