“Diriliş Ərtoğrul”un məşhur aktyoru FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ Şəbnəm Tovuzlunun elə bir fotosu internetə sızdı ki, hər yerdə onu sildirir- FOTO Həyat yoldaşına 300 minlik avtomobil aldı Kənan Doğulu Bakıda konsert verdi
Axtar
 
  • / Maqazin / — 27 May 2018

    “Diriliş Ərtoğrul”un məşhur aktyoru FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

  • / Maqazin / — 21 May 2018

    Şəbnəm Tovuzlunun elə bir fotosu internetə sızdı ki, hər yerdə onu sildirir- FOTO

  • / Maqazin / — 20 May 2018

    Həyat yoldaşına 300 minlik avtomobil aldı

  • / Maqazin / — 20 May 2018

    Kənan Doğulu Bakıda konsert verdi

  • / Maqazin / — 18 May 2018

    Elgiz əməkdar artistin görünüşünü lağa qoydu

  • / Maqazin / — 17 May 2018

    Məryəm libası ilə ulduzları geridə qoydu - Foto

Neftdən gələn 100 milyard dollar hara xərclənib? –Ekspert mübahisəsi

Tarix 15.05.18, 0:12

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan dövləti Bakı nefti və qazından son 17 ildə təqribən 134 milyard dollar gəlir əldə edib. Bəs pullar necə və nəyə xərclənib?

Neft gəlirləri bir qayda olaraq Neft Fonduna yığılır, amma indi orda təqribən 37 milyard dollar qalıb, qalanını – təqribən 90 milyard dollar pulu köçürüblər dövlət büdcəsinə, büdcə vasitəsilə xərclənib.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri Koalisiyasının Beynəlxalq İdarə Heyətinin üzvü Qubad İbadoğlu təxmini hesablamalar aparıb. O, “Azadlıq” radiosuna deyib ki, bu 90 milyardın təqribən 60 milyardı ciblərə gedib, korrupsiyanın yeminə çevrilib. Belə ki, hər il dövlət büdcəsinin təqribən 40 faizi tikinti, infrastruktur layihələrinə xərclənir.

Qubad İbadoğlunun fikrincə, bu layihələrin dəyəri şişirdilir.

O, geniş yayılmış korrupsiya mexanizmini belə izah edib: “Müşahidələr göstərir ki, investisiya büdcəsinin 30 faizini sifariş verən təşkilat özü götürür, yerdə qalan 70 faizini podratçıya verirlər. Podratçı da bu vəsaiti subpodratçı ilə bölüşür və subpodratçı gedir orda real iş görür. Subpodratçıya yalnız 35 faiz çatır. Belə qənaətə gəlmək olur ki, ayrılmış vəsaitin yalnız üç dollarından biri real işə sərf olunur, iki dollar korrupsiyaya uğrayır”.

Amma Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin iqtisadiyyat komitəsinin keçmiş üzvü Əli Əlirzayev korrupsiya ittihamları ilə razılaşmır, deyir ki, neft pullarının mənimsənilməsi ilə bağlı ayrı-ayrı hallar olsa da, bu barədə cinayət işi açılıb, belə məmurlar cəzalarını alıblar: “Bu, düzgün deyil, kimsə deyirsə ki, pullar yeyilir, dağılır. Bununçün iqtisadi əsaslandırma olmalıdır. Ola bilər ki, bəzi layihələrə daha az vəsait ayrıla bilərdi, ayrılmaya da bilərdi. Bu, ayrı məsələdir…”.



Xəbərin oxunma sayı : 322

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda