Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Neftin “qara cüməsi”: qiymət 59 dolların altına endi, daha betər ola bilər...

Tarix 23.11.18, 23:22

Font ölçüsü : - / +
bitmap-img6


Dünya bazarlarında neftin qiyməti bu gün rekord səviyyədə aşağı düşüb.

Virtualaz.org birjalara istinadən xəbər verir ki, “Brent” markalı neft bir gündə 7 faizə yaxın dəyər itirib və 1 barreli hazırda 59 dollardan da ucuz satılır. Şimali Amerika neftinin 1 barreli isə artıq 50 dollara qədər ucuzlaşıb. Analitiklər neft bazarlarında bu gün baş verənləri “qara cümə” adlandırıblar və gözlənilir ki, ucuzlaşma davam edəcək. Çünki bazarda ifrat neft bolluğunun yaranacağını göstərən əlamətlər var.

Belə ki, Səudiyyə Ərəbistanı neft hasilatını rekord həddə-gündə 11 milyon barrelə qədər artırıb. ABŞ şirkətləri isə 1983-cü ildən bəri ən çox neft hasil edirlər. Ölkənin kommersiya neft ehtiyatları artıq doqquz həftədir ki, durmadan artır. Bu da tələbatın azalmasını göstərir. Dekabrın 6-da Vyanada OPEC üzvü olan ölkələrin neft nazirləri toplanacaq və hasilatın azaldılmasına dair qərarın çıxarılacağı ehtimal edilir. “Morgan Stanley” bankının analitiklərinin hesablamalarına görə belə qərarın çıxarılması ehtimalı 67 faizdir.

* * *

Bakı vaxtı ilə 15:18-ə olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti 2,78% azalaraq 60,86 dollar/barelə düşüb.

WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 4,45% azalaraq 52,20 dollar təşkil edib.



Xəbərin oxunma sayı : 280




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap