Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Neftin qiyməti 90 dolları keçə bilər - PROQNOZ

Tarix 29.09.21, 20:20

Font ölçüsü : - / +
bitmap-img6


"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ölkələri noyabr-dekabr aylarında gündəlik neft hasilatını planlaşdırılan 400 min bareldən çox artırmasa, dünya bazarlarında bir barel neftin qiymətinin 90 ABŞ dollarından çox olacağı ehtimal edilir.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə FGE konsaltinq şirkətinin icmalında deyilir.

Şirkətin proqnozuna görə, "İda" qasırğasından sonra ABŞ-da hasilatın azalması və mayeləşdirilmiş təbii qazın (LNG) qiymətinin kəskin artmasının ardınca yüksələn tələbat səbəbindən qlobal neft tədarükü ilə olan vəziyyət önümüzdəki rübdə "son dərəcə gərgin" olacaq.

""OPEC+" gündəlik hasilatı planlaşdırıldığı kimi yalnız 400 min barel artırarsa, neftin qiymətinin ən azı qısa müddət ərzində 90 dollardan yuxarı qalxması ehtimalı var", - icmalda qeyd olunub.

FGE-in mütəxəssislərinin fikrincə, "OPEC+" gündəlik neft hasilatını 400 min barel deyil, 800 min barel artırmalıdır.

Xatırladaq ki, "OPEC+" pandemiya səbəbindən neftə tələbin azaldığını nəzərə alaraq, ötən ilin mayından istehsalını gündəlik 9,7 mln. barel azaldıb. Vəziyyət sabitləşdikcə məhdudiyyətlər nisbətən aradan qaldırılıb.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub.



Xəbərin oxunma sayı : 889




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap