Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nərə Balıqartırma Zavodu satışa çıxarıldı – Qiyməti açıqlandı

Tarix 01.06.18, 18:08

Font ölçüsü : - / +
bitmap-img6


Əmlak Məsələləri Dövlət Komitəsi S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodunun satışı üzrə investisiya müsabiqəsi elan edib.

Komitədən Trend-ə verilən məlumata görə, müəssisə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və ölkə prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq müsabiqəyə çıxarılıb.

Müsabiqədə yerli hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İddiaçılar müəssisənin fəaliyyət sahəsinin genişləndirilməsi və əlavə istehsal (xidmət) sahələrinin yaradılması üzrə ümumi dəyəri azı 3 mln. manat olan investisiya proqramı təqdim etməli, dövlət büdcəsinə azı 750 min manat ödəməlidir. Qalib investor isə azı 20 yeni iş yeri yaratmalıdır.

Səhmdar cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) ilə tanış olmaq, investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək, ərizə və təklifləri təqdim etmək üçün iyulun 2-nə qədər, hər gün saat 10:00-dan 17:30-a qədər ƏMDK-ya müraciət etmək olar. Təkliflərə iyulun 4-də, saat 15:00-dan başlayaraq baxılacaq.

Qeyd edək ki, nərəkimilərin və çəkikimilərin (çəki, kütüm və sair) artırılması və dəniz hövzəsinə buraxılması müəssisəsi olan S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu Neftçala rayonunun Yenikənd ərazisində yerləşir. Onun 41 işçisi var.



Xəbərin oxunma sayı : 514




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap