Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nəsimili «Gənc İlhamçılar»ın Qubadakı yay düşərgəsində istirahəti başa çatıb

Tarix 23.07.17, 21:54

Font ölçüsü : - / +
bitmap-img6


Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki tədbirlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən daha bir maraqlı layihə başa çatıb

Nəsimi Rayon İcra Hakimiyyətinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə Quba şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı  ailələrinin  uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 200 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsində məktəblilərin istirahəti başa çatmışdır.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  məktəblilərin xoş istirahəti üçün hər cür şərait yaradılan düşərgədə uşaqların istirahətini daha  da maraqlı  və yaddaqalan edən  silsilə tədbirlər keçirilmişdir. Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən  dərslər, müxtəlif mövzularda məşğələlər,  maraqlı intellektual oyunlar və  debatlar təşkil edilmişdir. Məktəblilər hər axşam Azərbaycan filmlərinə baxış və digər maraqlı tədbirlər, həmçinin  əyləncəli diskotekalarda istirahətlərini davam etdirmişlər. «Gənc İlhamçılar» düşərgədə yüngül atletika, dama, şahmat, futbol, voleybol, tennis, qol güləşi və digər maraqlı idman yarışlarında iştirak etmişdilər.
    
“Gənc İlhamçılar”ın  Quba rayon Heydər Əliyev Mərkəzinə, Quba rayon Gənclər Mərkəzinə, Quba rayon YAP təşkilatına,  Quba Olimpiya  Mərkəzinə,  Qubadakı Soyqırım muzey-kompleksinə,  Qırmızı qəsəbəyə ekskursiyaları təşkil olunmuşdur.Düşərgə iştirakçıları Quba şəhərindəki Heydər Əliyev parkını gəzib, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və xatirə fotoşəkilləri çəkdirmişlər. “Gənc İlhamçılar” Heydər Əliyev parkında  şamlar vasitəsilə  Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyevin imzası və  “Gənc İlhamçılar”  sözləri yazmışlar.
     
«Gənc İlhamçılar»ın  yay istirahət düşərgəsində keçən mənalı və yaddaqalan istirahət başa çatmış və bununla əlaqədar Quba rayon Heydər Əliyev Mərkəzinin qarşısında  təntənəli bağlanış mərasimi keçirilmişdir. Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbir  Nəsimi məktəblilərinin  “Ölkəmizi taniyaq” himninin düşərgə uşaqlarının  ifası və “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” flaşmobu  ilə başlanmışdır.

Nəsimi  rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov yeniyetmələr qarşısında çıxış edərək keçirilən düşərgə layihəsinin əhəmiyyətini vurğulamış, “Gənc İlhamçılar” düşərgəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq və yeniyetmələrə olan diqqət və qayğısınin bariz nümunəsi olduğunu bildirmiş,  ölkə başçısının yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən  və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın   uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açmış, Nəsimi  rayonunda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, aparılan geniş miqyaslı abadlıq quruculuq işləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişdir. 

Düşərgədə iştirahət edən şagirdlər və müəllimlər düşərgənin fəaliyyətindən, burada yaradılan şəraitdən danışmış, onların  vətənə sevgi və məhəbbət ruhunda tərbiyəsi istiqamətində belə düşərgələrin rolunu çox yüksək qiymətləndirərək, bu layihənin davamlı olmasını arzulamışlar.
Sonra düşərgədə keçirilən idman yarışlarında qalib gəlmiş, nizam-intizamda fərqlənən bir qrup şagirdlərə  hədiyyələr və xatirə medalları,  həmçinin  uşaqların tərbiyəsi ilə məşğul olan  dəstə rəhbərlərinə qiymətli hədiyyələr təqdim edilmişdir. 

 Düşərgə uşaqların xatirində silinməz izlər buraxmış, maraqlı istirahətdən sonra Bakıya qayıdan  yeniyetmələr və onların valideynləri məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın   öz minnətdarlıqlarını bildirmişlər.



Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap