Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Netanyahu: “İsrail PKK-nı terror qruplaşması kimi tanıyır”

Tarix 14.09.17, 1:09

Font ölçüsü : - / +
bitmap-img6


“İsrail PKK-nı qəbul etmir və onu terrorçu qrup olaraq tanıyır”.

"Haber7" xəbər verir ki, bu, İsrailin baş naziri Binyamin Netanyahunun ofisindən yayılan açıqlamada vurğulanıb.

“Terroru hər formada rədd edən İsrail kürd xalqının özlərinə aid dövlət əldə etmək yönündə fəaliyyətini dəstəkləyir. İsrail PKK-nı qəbul etmir və onu terror qruplaşması olaraq tanıyır”, - ofisdən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl İsrailin baş naziri Binyamin Netanyahu və ölkənin Silahlı Qüvvələr Baş Qərargahının keçmiş rəisi Yair Golan “PKK-nın terrorçu qruplaşama olmadığını” bildiriblər.

Yair Golan ötən gün ABŞ-ın paytaxtı Vaşinqtonda Yaxın Şərq Araşdırma İnstitutunda keçirilən toplantıda bunları deyib: “PKK bizim üçün terrorçu təşkilat deyil və İsrailin xarici siyasətinə xidmət edir”.

Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, əsasən, İraqın şimalındakı kürd yerli hökuməti İran və ABŞ-ın məsləhəti əsasında sentyabrın 25-nə planlaşdırdığı müstəqilliklə bağlı referendumu təxirə salıb. 

Qeyd edək ki, Türkiyə və İran bu referenduma qarşı olduqlarını və İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.



Xəbərin oxunma sayı : 115




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap